Ekspress giriş

Ekspres giriş

Kanadada səriştəli işçilərə ehtiyac çoxalmağa davam edir və bunu nəzərə alaraq Kanada dövləti 2015-ci ildən başlayaraq Ekspres Giriş proqramını yaradaraq Kanadada yaşamaq və işləmək prosesini daha da sadələşdirmişdir. Belə ki əvvəlki sistemlərdən fərqli olaraq Ekspress Giriş sistemi vasitəsilə:

  • Kanadaya getmək prosesi sürətləndirilmişdir.
    Uğurlu namizədlər Dəvət aldıqdan sonra təxminən 6 ay içində Kanadaya gedə bilərlər
  • Namizədlərin seçilməsində tək Kanada dövləti yox, həmçinin Kanada şirkətləri də iştirak edirlər
  • Xarici vətəndaşlar üçün iş tapma prosesi rahatlaşmışdır.
    Bəzi dəvət almış namizədlər hazır iş təklifi ilə də Kanadaya köçə bilərlər
  • Hər kəs müraciət edə bilər.
    Xüsusi peşə sahibləri yox, artıq demək olar ki bütün peşə sahibləri müraciət edə bilir

Ekspres Girişə qoşulmaq üçün şərtlər

  • Yaş
    Bu proqrama 40 yaşa kimi (əgər təhsiliniz magistr və daha yüksəkdirsə) şəxslərin müraciət etməsi tövsiyə edilir. (Təhsili bakalavr olan 35 yaşdan yuxarı şəxslərin müraciət etməsi tövisiyə olunmur.)
  • Təhsil
    Müraciət etmək üçün ən azı bakalavr təhsiliniz olmalıdır. Təhsiliniz istənilən sahədə ola bilər. Tibb bitirmiş şəxslərin təhsili magistr dərəcəsi kimi qəbul olunur.
  • İngilis dili biliyi
    Müraciət zamanı İngilis dili dərəcəniz yüksək səviyyədə olmaya da bilər. Lakin, kurslara yazılıb inkişaf etdirməlisiniz. Bütün namizədlərdən ingilis dilindən General IELTS testindən keçmək tələb olunur. Yaşınızdan asılı olaraq, tələb olunan IELTS balı 7.0-8.0 arasıdır. Kurslarımıza yazılan bütün müştərilərimizə lazım olan IELTS balını yığmağa zəmanət verilir. 

Müraciət / Xidmət rüsumları

  1. Müraciət etmək üçün ofisimizə yaxınlaşıb müqavilə imzalayırsınız. Müqavilə imzalayarkən 200 Azn xidmət rüsumu ödəyirsiniz.
  2. Sənədləşmə işləriniz başlayır, ingilis diliniz zəifdirsə inkişaf etdirirsiniz, IELTS imtahanına girirsiniz.
  3. IELTS balınız hazır olduqdan sonra Express Giriş proqramı üçün digər sənədləşmə prosesi başlayır və Kanadadakı vəkillərin köməkliyi ilə bu prosesi şirkətimiz birbaşa sizin əvəzinizə edəcəkdir (ödənişsiz). Bu proses ortalama 6 ay çəkir, yəni IELTS balınız hazır olduqdan sonra cəmi 6 ay içində artıq Kanadaya köçə bilərsiniz.
  4. Kanada dövlətindən 100% qəbul aldıqdan sonra subay və ya evli olmağınızdan asılı olaraq proqram üçün 700-1500 dollar arası dövlət rüsumu ödəyəcəksiniz. Bu rüsumu birbaşa Kanada dövlətinə özünüz plastik kartınızla ödəyəcəksiniz.

Qeyd: Əgər ingilis dili və IELTS imtahanına bizim kurslarımızda hazırlaşırsınızsa, 200 Azn xaricində şirkətimizə heç bir əlavə rüsum ödəmirsiniz. Özünüz və ya başqa kurslarda hazırlaşırsınızsa, viza aldıqdan sonra əlavə olaraq şirkətimizə 500 Azn xidmət rüsumu ödəyəcəksiniz.
Bütün müştərilərimizə Kanadada qarşılanma, ev və işin tapılmasında köməklik xidməti ödənişsiz göstəriləcəkdir.

Nə vaxta kimi müraciət etməli

Müraciət üçün son tarix yoxdur. Nə qədər tez müraciət etsəniz Kanadaya getməniz daha tez baş tutacaqdır. Nəzərə alın ki, müraciət etdikdən sonra ingilis dilinizi təkmilləşdirmək üçün bir neçə ay tələb olunacaqdır.

Necə müraciət etməli

Ən azı bakalavr təhsiliniz var? İngilis dilini öyrənmək üçün kurslara yazılmağa hazırsınız? Vaxt itirmədən dərhal müraciət etmək istəyirsiniz? Həftə içi hər gün ofisimizə yaxınlaşıb müqavilə bağlayaraq başlaya bilərsiniz. Ünvan və iş saatları burada: www.greencard.az/contacts

Və ya

Xahiş olunur aşağıdakı linkdən sorğuya keçin. Sorğunu doldurduqdan sonra ən qısa zamanda zəng edib sizi Kanada ilə bağlı ödənişsiz seminara dəvət edəcəyik. Seminarda Kanadaya miqrasiya proqramları haqda ətraflı məlumat ala və bütün suallarınıza cavab tapa bilərsiniz. Müraciət üçün link: https://goo.gl/wL1V80

 

Sual – Cavab

Yeni sistem nəyə görə Ekspres Giriş adlanır?

Əvvəlki Kanada proqramlarından fərqli olaraq bu sistem vasitəsilə Kanada dövləti dəvət almış xarici vətəndaşları çox qısa vaxt ərzində (6 aya kimi) qəbul edəcəkdir. Müddətin qısa olmasına görə bu sistem Ekspress Giriş adlandırılmışdır.

Bu proqramda uğurlu olduqdan sonra nə əldə edirsiniz və hansı hüquqlarınız olur?

Kanadada ömürlük oturum əldə edirsiniz (permanent resident card). Bu statusu aldıqdan sonra Kanada vətəndaşları ilə eyni hüquqlara sahib olursunuz, istənilən işlə məşğul ola bilərsiniz. İstənilən qədər Azərbaycana gəlib getmək olar. Sadəcə olaraq bu statusu qorumaq üçün 5 il ərzində 2 il Kanada daxilində olmaq tələb olunur. Əgər evlisinizsə, həm həyat yoldaşınız, həm də 19 yaşına kimi uşaqlarınız da eyni statusda olurlar və onlar da sizinlə Kanadaya gedirlər. Bacı, qardaş və valideynlərə bu şamil olunmur. Bu şəxslər, siz Kanadada olduqdan sonra yanınıza turist vizası ilə gəlib gedə bilərlər.

Bu statusla Kanada dövlətinin öz vətəndaşlarına şamil etdiyi bütün güzəştlər sizə də şamil olunur. Məsələn, bütün ailə üzvlərinin tibbi sığortası, az imkanlı ailələrə maddi yardım, uşaqlar üçün ödənişsiz bağça və ya məktəb, müxtəlif məqsədlər üçün güzəştli şərtlərlə kreditlərin verilməsi və s.

İşlə təmin olunurammı?

Bu proqramın nəticəsində siz Kanadada ömürlük oturum alırsınız və avtomatik olaraq Kanadaya girdiyiniz gündən işləmək icazəniz olur. Şirkətimiz tərəfindən bütün müraciətçilərə iş tapılmasında yaxından köməklik göstərilir (həm Kanadadakı işə düzəltmə şirkətlərinin həm də şəxsi əlaqələrimiz vasitəsilə) Lakin nəzərə alın ki, əgər Azərbaycanda hər hansı şirkətdə rəhbər vəzifədə çalışırsınızsa, Kanadaya girdikdən dərhal sonra eyni vəzifədə çalışacağınızı gözləməyin. Ola bilər ki daha sadə işlərdən başlaya bilərsiniz və müəyyən adaptasiya dövrü keçdikdən sonra daha yaxşı işlərə keçə bilərsiniz. Nəzərə alın ki, daha yaxşı işlərin tapılmasında sizin iş təcrübəniz və ingilis dili biliyiniz rol oynayacaqdır. Məsələn, əgər Kanadaya gedənə kimi ingilis diliniz yaxşı səviyyədədirsə, ən pis halda hər hansı ofis işində işləyəbilərsiniz. İngilis dili biliyiniz zəif olarsa, sürücü, satıcı, otel restoran sistemi və ya digər xidmət sahələrində müxtəlif işlərdə işləyə bilərsiniz. Kanadada ortalama əmək haqqı 2500-4000 dollar ətrafı olur. Kirayə evlər 500-1200 dollar ətrafı, yemək içmək demək olar ki Azərbaycandakı qiymətlərlə eynidir. Aşağı büdcəli ailələrə dövlətin maddi yardımları da olur. Qısa olaraq desək, Kanadaya girdiyinizdən ortalama 1 ay içində sizə uyğun hər hansı iş tapılacaqdır və standart Kanada maaşları alacaqsınız.

Seçim hansı formada aparılır?

Bütün namizədlər Kanada dövlətinin namizədlər bazasına yığılır və Kanada dövləti və Kanada şirkətləri müntəzəm olaraq (təxminən ayda bir dəfə) bazadan namizədləri seçirlər. Namizədlər, iş təcrübəsi, ingilis dili səviyyəsi və təhsilinə görə seçilir. Proqramın müsbət tərəfi odur ki, namizədlər öz məlumatlarını davamlı olaraq dəyişə bilirlər. Məsələn 2 ay içində seçilməsəniz, növbəti aylarda ingilis dili səviyyənizi artıra bilərsiniz və öz profilinizdə dəyişiklik edib öz balınızı qaldıra bilərsiniz.

100% qəbul olunacağıma zəmanət verilirmi?

Express Giriş sisteminin müsbət cəhəti budur ki, qəbul olunmağınız birbaşa sizin ingilis dili səviyyənizdən asılıdır. Yəni siz ingilis dilini öyrənib və lazım olan IELTS balını yığırsınızsa, biz də (Kanadadakı vəkillərimizin köməkliyi ilə) sizin qəbul olunmağınıza 100% təminat veririk. Nəzərə alın ki, Kanada dövləti yaxın aylarda köç edənlərin sayını artırmağı planlaşdırır və ingilis dili səviyyəsinə olan tələblər yüngülləşəcəkdir. Yəni indi qəbul olunmağınız üçün tutaq ki IELTS balına tələb 8-dirsə yaxın aylarda daha aşağı olmağı gözlənilir.