Məqsədimiz Azərbaycanlıların Beynəlxalq Aləmə Çıxışını Asanlaşdırmaqdır.
"Greencard Azerbaijan" şirkəti "Abroad"MMC-yə məxsus olub rəsmi dövlət qeydiyyatından keçmiş şirkətdir."Greencard" proqramı üzrə qeydiyyat və digər xidmətləri həyata keçirən və bu sahədə uzun illər təcrübəsi olan "Greencard Azerbaijan" şirkəti bu illər ərzində minlərlə azərbaycanlının bu proqram vasitəsilə ABŞ-a miqrasiyasında dəstək olmuşdur.
Məqsədimiz Azərbaycanlıların beynəlxalq aləmə çıxışını asanlaşdırmaq və Azərbaycanı beynəlxalq aləmdə tanıtmaqdır. ABŞ-da yaşayan nümayəndələrimiz və Azərbaycanda çalışan professional əməkdaşlarımızla, müştərilərimizə maksimal xidmətlərimizi göstəririk. Bizə müraciət etdiyiniz gündən, ABŞ-da yeni həyatınıza başlayana qədər daima sizin yanınızda oluruq və hər bir məsələdə sizə köməklik göstəririk.
Greencard proqramına bizim vasitəmizlə müraciət etməyin artıq çox səbəbləri vardır. Çünki, şirkətimiz günü gündən böyüməkdə, xidmətlərimiz genişlənməkdə və üstünlüklərimiz artmaqdadır.
Ətraflı məlumat üçün Şirkətimizin Üstünlukləri və ya Xidmətlərimizə baxın.