Greencard nədir?

Greencard ABŞ-ın xarici vətəndaşlara ömürlük və müddətsiz verdiyi daimi vətəndaşlıq vəsiqəsidir. Greencard aldıqdan sonra qanuni şəkildə ABŞ-da yaşama, işləmə, oxuma və daimi vizasız rejimdə girib çıxmaq hüququ əldə edirsiniz. Greencard sahibi, Amerika vətəndaşı ilə eyni hüquqlara malikdir.

Greencard proqramı nədir?

Greencard proqramı 1990-cı ildə ABŞ Dövlət Departamenti tərəfindən hazırlanmışdır və bu proqramla ABŞ-a Greencard vəsiqəsi qazanan şəxslər müəyyən olunur. Hər il müraciət edən yüzminlərlə şəxs içərisindən 50.000 şəxs qalib olur və onlar ABŞ-da leqal formada daimi olaraq yaşamaq, işləmək və təhsil almaq imkanı əldə edirlər. Proqramda seçimlər komputer vasitəsilə təsadüfi fomada aparılır və qalib gəlmək üçün xüsusi kriteriyalar yoxdur.

Bu proqramın əsas məqsədi ABŞ-da immiqrantların müxtəlifliyini artırmaq, eyni zamanda çatışmayan işçi qüvvəsini digər ölkələrin vətəndaşları hesabına aradan qaldırmaqdır.

Necə müraciət etmək olar?

Greencard proqramına müraciət etmək üçün Orta məktəbi bitirməniz kifayətdir. Özünüzlə bağlı məlumatları daxil etməklə lotoreyaya müraciətinizi ünvanlaya bilirsiniz. Müraciət etmək üçün İngilis dili bilməniz tələb olunmur. 

Proqramda iştirak etmək üçün Oktyabr ayının sonunadək müraciətinizi ünvanlamanız lazımdır. 2017-ci ildə müraciət edən şəxslər içərisində 3500 şəxs ABŞ-a Greencard vəsiqəsi əldə edə bilər.

Müraciət linki

Proqrama müraciət etmək ödənişsizdir və bunun üçün aşağıdakı linkə daxil ola bilərsiniz:
https://greencard.az/welcome