SƏRBƏST İŞÇİ

Sərbəst İşçi proqramına yalnız aşağıdakı sahələrdə son 5 ildə ən azı 2 illik iş təcrübəsi olan şəxslər müraciət edə bilər:

  1. Kitabxanaçı
  2. Arxivçi
  3. Müəllif və yazıçılar
  4. Redaktor
  5. Jurnalistlər
  6. Tərçüməçilər (şifahi/yazılı)

YARADICILIQ SAHƏSİ

  1. Prodüser, direktor, xoreoqraflar və digər əlaqəli peşələr  
  2. Dirijor, bəstəkar və digər orkestr işçiləri
  3. Musiqiçi və müğənnilər
  4. Rəqqaslar
  5.  Aktyor və komediya ustaları
  6. Rəssam, heykəltaraş və digər vizual sənətçilər
  7. Muzey və incəsənət qalereyalarında texniki işçilər
  8.  Fotoqraflar
  9. Film və video kamera operatorları
  10. Qrafik texni işçiləri (multimedia qrafik dizayn texnikləri)
  11. Yayım, veriliş texniki işçiləri
  12. Audio, video yazma (qeyd etmə) texniki işçiləri
  13. Yayım, televiziya, radio, media, incəsənət sahələrində digər texniki işçilər və koordinatorlar, məruzəçilər, müxbirlər, reportyorlar
  14. Modellər
  15. Akrobatlar, sehrbazlar, sirk artistləri, klounlar və s. əyləncə işçiləri
  16. Qrafik dizaynerləri və illüstratorları (ofis, mətbəx və s. daxili yerlər)
  17. Teatr, moda, sərgi və digər kreativ dizaynerlər
  18. Modelçilər – tekstil, dəri və xəz məhsulları

 

İDMAN

  1. İdmançılar
  2. Məşqçilər
  3. İdman rəsmiləri və hakimlər
  4. Əyləncə, idman və fitness sahəsində proqram liderləri və instruktorlar

Qeyd: Əgər yuxarıdakı peşələrin içində öz peşənizin adını görə bilmirsinizsə və öz peşəniz yuxarıdakı sahələrə yaxındırsa zəhmət olmasa bizimlə əlaqə saxlayıb dəqiqləşdirin. Peşənizin uyğunluğunu daha dəqiqliklə bildirəcəyik sizə. 

Proqram Haqqında

Sərbəst İşçi proqramının məqsədi, yuxarıda göstərilmiş peşə sahiblərinin Kanadaya gəlib sərbəst şəkildə öz peşələri ilə məşğul olmaq və Kanadanın mədəni və idman səhələrinə öz töhfələrini verməkdir.

Namizədlər hansı meyarlara görə seçilir?

  1. Yuxarıda göstərilmiş işlərdə olan təcrübənizə görə
  2. Təhsil  səviyyənizə görə
  3. İngilis dili biliyinə görə (2 ildən çox təcrübəniz varsa, müraciət zamanı ingilis dilindən azad ola bilərsiniz)
  4. Yaşınıza görə (21-49 yaşlar arasındakı şəxslərin şansları daha çoxdur)

Kimlər bu proqrama qəbul oluna bilməz?

Aşağıda göstərilmiş səbəblərə görə Kanadaya gedə bilmərsiniz: 

Cinayət törətmisinizsə, hansısa cinayətkar qrupla əlaqəniz varsa, səhhətinizdə ciddi problem varsa, ciddi maddi probleminiz varsa, müraciət zamanı və ya müsahibə zamanı yanlış məlumatlar versəniz

Proqramın faydası   

  1. Bu proqram vasitəsilə Kanadaya qəbul olunduqdan sonra:
  2. Öz sahənizi Kanadada inkişaf etdirə bilərsiniz
  3. Azərbaycan vətəndaşlığınızı itirmədən daimi yaşamaq icazəniz olur və vizasız rejimdə Kanadaya girib çıxa bilirsiniz
  4. Azərbaycanı Kanadada təmsil etmə şansınız olur və diasporamızın inkişaf etməsində böyük rolunuz olur

Nə vaxt müraciət etməli?

Əgər yuxarıdakı peşələrdən birində iş təcrübəniz varsa dərhal müraciət etməyinizi tövsiyyə edirik. Çünki Kanada dövlətinin proqramları demək olar ki hər il yenilənir və dəyişir. Mövcud proqramlar üçün müəyyən sayda müraciət qəbul olunduqdan sonra proqram bir müddət dayandırılır və yenidən bərpa olunur. Nə qədər erkən müraciət etsəniz Kanadaya getməniz də ona uyğun tezləşir.

 

Bu proqram vasitəsilə Kanadaya gedəcəyimə zəmanət verilirmi?

Bəli. Əgər proqramın şərtlərinə cavab verirsinizsə heç bir problemsiz bu proqrama qəbul olunacaqsınız və Kanadada daimi yaşamaq hüququ əldə edəcəksiniz (permanent residence). Bu proqram lotoreya formasında keçirilmir, əgər əvvəlcədən proqramın şərtlərinə cavab verirsinizsə qəbul olunursunuz. 

Bu proqrama qəbul olarsam, Kanadada hansı hüquqlarım olur?

  1. Qəbul olunduqdan sonra:
  2. Daimi yaşayış statusunu əldə edirsiniz
  3. Kanada vətəndaşları ilə tamamilə eyni hüquqlarınız olur və dövlətin bütün güzəştlərindən istifadə edə bilirsiniz (yalnız seçkilərdə iştirak edə bilmirsiniz)
  4. Kanadada istədiyiniz şəhərdə yaşamaq, işləmək və ya oxumaq hüququnuz olur

Daimi yaşayış statusum olduqdan sonra Azərbaycana gələ bilərəmmi?

İstədiyiniz qədər Azərbaycana gəlib gedə bilərsiniz. Lakin, statusunuzu saxlamaq üçün 5 il ərzində ən azı 2 il Kanadada yaşamalısınız. 

Necə müraciət etməli

Əgər yuxarıdakı sahələrdə təcrübəniz varsa, ofisimizə buyura bilərsiniz. 

Suallarınız olarsa cavablandırmağa çox şad olarıq!