ŞİRKƏTİMİZİN ÜSTÜNLÜKLƏRİ

 

Greencard proqramına bizim vasitəmizlə müraciət etməyin artıq çox səbəbləri vardır. Çünki, şirkətimiz günü gündən böyüməkdə, xidmətlərimiz genişlənməkdə və üstünlüklərimiz artmaqdadır.

Bizə müraciət etməklə nə əldə edirsiniz?

 Düzgün Müraciət Prosesi
Greencard proqramına ildə cəmi bir dəfə müraciət etmək mümkündür. İldə cəmi bir dəfə olan bu şansınızı yəqin ki, heç bir səhvə yol vermədən düzgün qiymətləndirmək istəyərdiniz.

Ötən illərdə Greencard proqramına müraciət edənlərin 30%-dən çoxu sadəcə müraciət zamanı kiçik səhvlərə yol verdiklərinə görə uğursuz olublar. İstər qeydiyyat formasını doldurduqda, istər tələb olunan foto şəkli təqdim etdikdə uğursuz olan milyonlarla şəxslər olubdur.

Bizim vasitəmizlə heç bir kiçik səhvə yol verməyəcəksiniz. 100% təminatla ərizə formalarınız və şəkilləriniz dəqiqliklə yoxlanacaq və ondan sonra Greencard dövlət proqramına daxil ediləcəkdir.

Sadəcə nəzərə alın ki, biz bu proqramın hər bir mərhələsində professional təcrübəyə malikik. 

 Vaxt və Pulunuza Qənaət

Greencard lotoreyasında qalib oldunuz! Təbriklər!

Greencard qalibi olmağınız o deməkdir ki, siz artıq ABŞ-da yeni bir həyata başlayacaqsınız. İllərcə yaşadığınız ölkədən yeni bir ölkəyə köçməyə hazırlaşırsınız.

Əlbəttə ki, qalib olduqdan sonra dərhal bilet alıb getməyəcəksiniz. Azərbaycan daxili dövlət orqanlarından bir sıra sənədləri toplamalı, ABŞ səfirliyindən vizanı almalı, təyyarə biletini axtarmalı (və s.) olacaqsınız.

Yuxarıda sadalananların hamısını etməyə vaxt sərf etməli olacaqsınız vəəlbəttə ki, hər bir şeyi öz büdcənizə uyğun etməyə çalışacaqsınız. Bəlkə də indi tələbəsiniz, bəlkə işləyirsiniz, bəlkə ailə sahibisiniz və bütün bunları etməyə vaxtınız yoxdur və dəqiq bilmirsiniz bunları qısa vaxtda və heç bir cərimə ödəmədən necə daha ucuz etmək olar.

Şirkətimiz bu məsələlərdə məmnuniyyətlə sizə köməklik göstərəcək, lazimi professional məsləhətləri verəcək və maksimal dərəcədə vaxtınıza və büdcənizə qənaət edə biləcəksiniz.

 Viza Almaqda Kömək

Hər il 100,000 nəfər qalib olur, amma bu qaliblərin 50,000-i Amerikaya gedə bilir. Səbəb?    

I. Bəzi şəxslərin müraciət edərkən ərizə formasında düzgün məlumatları təqdim etmədikləri məlum olur. Bu sonradan məlum olur və buna görə uduşları ləğv olur.

II. Bəzi şəxslər qalib olduqdan sonra düzgün sənədləri toplamaqda çətinliklər çəkirlər. Gecikmələrə yol verdiklərinə görə, ingilis dilini yaxşı bilmədiklərinə görə və düzgün əlaqə yarada bilmədiklərinə görə uduşları ləğv olur.

III. Bəzi şəxslər səfirlikdə müsahibədə olarkən, hazırlıqsız olduqlarına görə, uğursuz olurlar.

 Şirkətimiz yuxarıdakı bütün məsələlərdə sizlərə kömək edir.​

I.Bizim vasitəmizlə, siz, Greencard dövlət proqramına 100 faizlik təminatla düzgün şəkildə və heç bir xırda xətaya yol vermədən müraciət edirsiniz. 

II.Qalib oldunuz? Səfirliyə müraciət etmək üçün bəzi sənədləri toplamalısınız. Bunun üçün öz dəyərli vaxtınızı itirmək və ya artıq xərclər çəkmək istəmirsiniz. Biz bunu nəzərə almışıq və vaxtınızı itirmədən və artıq xərclər çəkmədən bütün sənədlərin vaxtında toplanmasında sizə kömək edirik. 

III.Vizanızı almaq üçün ABŞ səfirliyində müsahibədə olmalısınız. Hansı suallar olacaq? Necə cavablar vermək lazımdır? Müsahibədə özünüzü necə aparmalısınız? Bütün bu suallara cavabı bizdən ala biləcəksiniz. 






 Yeni Həyatınıza Hazırlıq

Amerikaya gedib, orada harada yaşayacam? Necə iş tapacam?
Büdcəmə uyğun təyyarə biletini necə ala bilərəm?
Məni orada kim qarşılayacaq?
Greencard qalibi olduqdan sonra bu sualların hamısına cavab axtaracaqsınız. Çünki, bütün bunların hamısını özünüz etməlisiniz, heç bir orqan bu məsələlərdə sizə kömək etmir. Lakin biz bunların hamısında sizə yaxından köməklik göstəririk. 

I.Şirkətimiz sizə ABŞ-da yaşayış yerinizi tapmaqda, öz sahənizə uyğun və ya digər sahələrdə iş tapmaqda köməklik göstərir. 

II.Müxtəlif avia şirkətlər mövcuddur və hər birinin öz qiymətləri vardır. Əlbəttə ki, büdcənizə uyğun olan biletləri almaq istəyərdiniz. Biz sizə ucuz və sərfəli bilet almaqda köməklik göstərəcəyik. 

III.Əgər ABŞ-da sizi qarşılayacaq heç kim yoxdursa, heç narahat olmayın. Bizim nümayəndəmiz sizi təyyarədən enərkən qarşılayacaq və yaşayacağınız ünvana çatdıracaqdır.

Qeyd:Yuxarıdakıların hamısı şirkətimizdən qeydiyyatdan keçən şəxslər üçün ödənişsiz təqdim olunur.