GREENCARD ALMA MƏRHƏLƏLƏRİ

Müraciət və Greencard-ı əldə etməyin mərhələləri

 Müraciət (ərizə forması, şəkil)
İl boyu müraciət edə bilərsiniz. Sənədləriniz dəqiqliklə yoxlanılır və Greencard dövlət proqramına daxil edilir

 Qalib olub olmadığınızı sizə bildiririk.
Növbəti ilin May ayında şirkətimizin nümayəndəsi sizə zəng edir. 

Şirkətimizlə görüş
Qalib olduqdan sonra, nümayəndələrimiz sizinlə fərdi şəkildə görüşür. Səfirlikdən viza almaq üçün sənədlərin toplanması, Amerikadakı həyatınızın planlaşdırılmasında köməkliyin göstərilməsi.

Səfirlikdən vizanın alınması
Qalib olduğunuzu bildikdən 4-5 ay sonra qaliblər üçün səfirlikdə viza alma günləri təyin olunur. Bəzi şəxslər qalib olduqdan 5 ay sonra, bəziləri isə 12 ay sonraya səfirlikdə görüş ala bilər. Səfirlikdə görüş vaxtı ABŞ dövləti tərəfindən müəyyən edilir. 

ABŞ-a yola salma
İstəyinizə uyğun olaraq yola düşmə vaxtınızı özünüz seçirsiniz. Adətən viza aldıqdan sonra Amerikaya

girməyiniz üçün 6 ay vaxtınız olur.