GREENCARD NƏDİR

GreenCard, ABŞ-ın xarici vətəndaşlara ömürlük və müddətsiz verdiyi daimi vətəndaşlıq vəsiqəsidir. Greencard aldıqdan sonra qanuni şəkildə ABŞ-da yaşama, işləmə, oxuma və daimi vizasız rejimdə girib çıxmaq hüququ yaranır. Greencard sahibi, Amerika vətəndaşı ilə eyni hüquqlara malikdir.

Greencard, ABŞ-ın dövlət proqramıdır və il kompüter vasitəsi ilə keçirilən lotoreya iləəldə olunur. Hər il, dünyanın müxtəlif ölkələrindən 50,000-dən çox insan ABŞ-da daimi vətəndaşlığı qəbul edir. Daimi vətəndaşlığın verilməsinin əsas səbəbi ABŞ-a az immiqrasiya edən (köçən, gələn) ölkələrin vətəndaşlarına daimi yaşayış hüququ vermək və immiqrantların müxtəlifliyini artırmaqdır. Eyni zamanda çatışmayan işçi qüvvəsini digər ölkələrin vətəndaşlarını cəlb etməkləəvəz etməkdir.

Greencard proqramına müraciət etmək çox sadədir və yaşından asılı olmayaraq orta məktəbi bitirmiş hər bir şəxs müraciət edə bilər.Müraciət etmək üçün ingilis dilini bilmək tələb olunmur.

 

Azərbaycandan bu günə kimi Greencard proqramı vasitəsilə Amerikaya gedən çox az olubdur. Yeganə səbəb, camaatın bu proqram barədə məlumatsız olmasıdır.

Buna görə də, Azərbaycanlıların Greencard qazanma şansları digər dövlətlərlə müqayisədə daha çoxdur və müraciət edənlərin sayı çoxaldıqca Azərbaycanlılar üçün ayrılmış yerlərin sayı da çoxalır.

Biz isə hərkəsin bu proqramda iştirak etməsi üçün maksimal dərəcədə çalışır və müraciət günündən ABŞ-da yaşayana qədər iştirakçıların yanında oluruq.