Avropada İşlər

Avropada İşlər

07 Yanvar 2017

Məmnuniyyətlə 2017-ci ilin yanvar ayından başlayaraq Polşada iş və iş vizası xidmətini təqdim edirik. 

 

Polşada hansı işləri təşkil edirik?

Pəncərə zavodu, Tikiş fabriki, Metal avadanlıqlarının istehsalı zavodu, Balıq emalı zavodu, ferma, qablaşdırmaların istehsalı üzrə zavod, lampa istehsalı zavodu, geyim fabriki, qida istehsalı zavodlarında fiziki işçilər və fəhlələr, tikinti sahəsində fəhlələr ustalar, oboy ustası, suvaqçı, dülgər, qaynaqçılar, aşpazlar

Qeyd: Ofis tipli və ya müştəri xidmətləri kimi işlər təşkil olunmur. Lakin nəzərə alın ki Polşada iş vizanız olduqdan sonra özünüzün istənilən işi tapıb işləmək icazəniz olacaqdır.

Maaşlar nə qədər olur?

Təxminən 1000-2000 azn arası   (600-1000  avro) 

Maaşlar saat hesabı hesablanır. Əksər işlərdə nə qədər çox saat işləyirsə işçi bir o qədər də çox maaş alır. 

Yaşayış yeri necə olur və aylıq nə qədər xərcim çıxır?

Adətən zavodların yataqxanaları və ya normal kirayə evlərdə qalırlar. 99% işlərdə yaşayış yeri şirkət tərəfdən verilir. Əgər yaşayış yeri iş yerindən uzaq olduqda işə aparılıb gətirmə şirkət tərəfdən olur. Aylıq yemək üçün təxmini xərclər 100-150 avro olur. 

Hansı viza olur? Vizanı uzatmaq, dəyişmək? Azərbaycana gedib gəlmək mümkündürmü?

1 illik iş vizası verilir. Polşada qalmaq qərarına gəlsəniz, sonra bunu 3 illik oturum kartına çevirmək olar. Bu viza ilə (iş yeri ilə razılaşdırıb) Azərbaycana gəlib getmək mümkündür.

 

Avropanın digər ölkələrinə gedə bilərəmmi?

Bəli, digər ölkələrdə qanuni işləmək icazəniz olmasa da gəzmək üçün Avropanın istənilən ölkəsinə gedib gələ bilərsiniz.

 

Necə müraciət etmək və nə qədər vaxta düzəlir? Xidmət rüsumu nə qədərdir?

Müraciət etmək üçün xarici pasport və şəxsiyyət vəsiqəsi tələb olunur. Müraciət etdikdən sonra 1-2 ay içində artıq viza alıb Polşada işə başlanılır.  Ümumi xidmət rüsumu 1500 avrodur. Müraciət edərkən 300 avro ödəniş edilir. Viza aldıqdan sonra 1200 avro ödənilir. Bu məbləğə səfirlik, viza rüsumları, işin Polşada təşkili, aeroportda qarşılanma və iş yerinə çatdırılma daxildir. 

Əlavə olaraq təyyərə biletini alırsınız. Təyyarə biletləri təxminən 100-150 avro olur. 

 

Müraciət etmək üçün bu linkə daxil olun https://goo.gl/J8Dwp6

Digər xəbərlər