28 mall-da greencard proqramına müraciətlər qəbul olunur

28 mall-da greencard proqramına müraciətlər qəbul olunur

22 Sentyabr 2014

Artıq 28 Mall-da greencard proqramına müraciət edib Amerikada yaşamaq imkanı qazana bilərsiniz. Son müraciət günü 7 oktyabr 2014 olsa da hər kəsə daha tez müraciət etməyi tövsiyyə edirik. Son günlərdə qəbul olunmuş müraciətlərin Amerikaya göndərilməsində gecikmələr ola bilər. Müraciətlər hər gün 10:00-22:00 arası Zara və Mango mağazalarının qarşısında qəbul olunur. 

Greencard proqramı Amerikada yaşamaq, oxumaq, işləmək üçün ən asan proqramdır. Orta məktəb təhsili olan hər bir kəs bu proqrama müraciət edə bilər. Müraciət etmək üçün ingilis dili tələb olunmur. Qalib gəldikdən sonra Amerikaya gedənə qədər ingilis dilini öyrənə bilərsiniz. Bu proqrama müraciət tamamilə pulsuzdur və qaliblər Amerika dövləti tərəfindən keçirilən lotoreya vasitəsilə müəyyən olunur. Bu ilki proqramın nəticələri 2015-ci ilin may ayının sonunda məlum olacaqdır və bütün qaliblərə şirkətimiz tərəfindən zəng olunacaqdır. 

Greencard proqramında qalib olan şəxslər Amerikada öz təhsillərini davam etdirə bilərlər və ya istədikləri sahədə işləyə bilərlər. Qalib gəlmiş bütün şəxslərə Amerikada şirkətimiz, təhsil və iş məsələlərində yaxından köməklik göstərəcəkdir. Təhsil almağı seçən tələbələr Amerika dövlətindən ya təqaüd ala bilər ya da ki uzun müddətli təhsil krediti alıb təhsillərini tamamlaya bilərlər. 

28 mall-da olan müraciətlərlə yanaşı saytımızda online olaraq da proqrama müraciət etmək olar. Saytımızda online müraciət etmək üçün xahiş olunur bu linkə tıklayın https://greencard.az/az/info/reg_info

Əgər online müraciət edirsinizsə, xahiş olunur 28 mall-da müraciət etməyin və ya 28 mall-da müraciət etmisinizsə online müraciət etməyin. Hər kəs bu proqramda yalnız bir dəfə iştirak edə bilər. İkinci müraciətiniz olarsa iştirakınız Amerika dövləti tərəfindən avtomatik ləğv olunacaqdır. 

 

Digər xəbərlər