ADRENALIN HƏFTƏSİ - 22-29 Mart 2015 - Florida, USA

ADRENALIN HƏFTƏSİ - 22-29 Mart 2015 - Florida, USA

22 Dekabr 2014

Adrenalin Həftəsində Nələr Yaşanacaq?

Ən maraqlı, əyləncəli, həyəcanlı, qorxulu, adrenalin dolu əyləncə parkları, karusellər, akvaparklar, istəyinizə görə Orlando, Miami şəhərlərində gəzinti, Miami beach (Mayami çimərliyi), gecə klubları və s.

Adrenalin həftəsi 22-29 mart tarixində Orlando şəhəri, Florida ştatında olacaqdır. Temperatur təxminən 30 dərəcə isti olacaqdır

Orlando şəhəri dünyada əyləncə parklarının paytaxtı sayılır və hər il milyonlarla turisti özünə cəlb edir. Orlandoda yerləşən Disney World kompleksi dünyada ən çox ziyarət olunan tətil məkanı kimi tanınmışdır. Bundan başqa iştirakçılar Orlandodan çox da uzaqda yerləşməyən Miami şəhərində də vaxt keçirə bilərlər.

Kimlərlə qoşulmaq olar?

Orlando şəhərindəki əyləncə parklarında uşaqdan böyüyə hər yaşda olan şəxslər əylənə bilər və unudulmaz vaxt keçirə bilərlər. İstənilən yaşda olan dost və ya ailə üzvlərinizlə qoşula bilərsiniz. 4 yaşından kiçik uşaqları aparmağı tövsiyyə etmirik, çünki bu sadəcə özünüzün əylənməyinə mane ola bilər :)

Mənə Amerikaya getmək üçün viza veriləcəkmi?

Əlbəttə ki, viza verilməsi haqqında son qərarı Amerika konsulluğu verir. Buna baxmayaraq, bildirmək istərdik ki, adətən Amerika səfirliyində viza verilməməsi daha çox Amerikaya səfərinizin qeyri dəqiq olmasından qaynaqlanır. Adrenalin Həftəsinə müraciət etmiş şəxslərin səfərlərinin məqsədi dəqiq olduğuna görə, problemsiz viza alacaqlarına inanırıq.

Əgər əvvəllər Amerika səfirliyindən viza müraciətiniz uğursuz olubsa, yenidən müraciət edib Adrenalin Həftəsinə qoşulmağınızda heç bir problem yoxdur. Əksinə, bu "həftəyə" qoşulmağınız Amerikada səyahət etmək arzunuzu gerçəkləşdirmək üçün çox gözəl bir fürsət olduğunu təsdiqləyirik.

Müraciət etmək üçün (viza almaq üçün) hansı sənədlər tələb olunur?

  1. Xarici pasport
  2. 5x5 ölçüdə ağ fonda şəkil

Azərbaycana olan bağlılığınızı göstərmək üçün də sənədləri təqdim etməyi tövsiyyə edirik, məsələn, iş yerindən arayış, oxuduğunuz təhsil müəssisəsindən arayış, bank arayışı və sair. 

Qiymətlər:

Səyahətin ümumi dəyəri 1 nəfər üçün 1900 manatdan başlayır və bu məbləğə aşağıdakılar daxildir:

  • 1 illik Amerika vizası (1 il ərzində istədiyiniz qədər Amerikaya giriş çıxış edə bilərsiniz)
  • Qarşılama və 7 günlük mehmanxanada qalma
  • Təyyarə bileti (Bakı-Florida-Bakı)
  • Səyahət sığortası

Qiymətə qidalanma, Amerikadakı nəqliyyat və əyləncə xərcləri daxil deyil. 

Qiymətlərdə cüzi artım ola bilər,bunun səbəbi əsasən nə qədər tez müraciət etməyinizdən, mehmanxana və uçuş biletləri seçiminizdən asılı olacaqdır. Ona görə də əgər Adrenalin Həftəsinə qoşulmağı planlaşdırırsınızsa ən tez zamanda müraciət etməyinizi tövsiyyə edirik. 

Nə vaxt və necə müraciət etməli?

Adrenalin həftəsini mart ayının son həftəsində həyata keçirməyi planlaşdırsaq da, daha öncədən müraciət etməyiniz vacibdir. Çünki, Adrenalin Həftəsinə az qalmış vaxtda səfirlikdə viza almaq üçün görüş yeri olmaya bilər, digər tərəfdən mehmanxana və təyyarə biletlərinin qiyməti bahalaşa bilər.

Müraciət etmək üçün aşağıdakı formanı doldurun və formanın içində göstərilmiş emailə göndərin

Formanı Buradan Yükləyin

 

Digər xəbərlər