Amerikada yaşayan Azərbaycanlının fikirləri

Amerikada yaşayan Azərbaycanlının fikirləri

29 İyun 2015

Necə oldu ABŞ-a getməyə qərar verdiniz?

Uşaqlıqdan ABŞ-ı görmək istəmişəm, sonra bəzi dostlarım da getdilər ora və marağım daha da çoxaldı. Bir neçə il öncə greencard proqramına müraciət etdim. Düzü çox da inanmırdım ki, bəxtim gətirər qalib olaram. Hətta müraciət etdiyim il qalib olmadım. Növbəti il gözləmədiyim vaxtda Greencard Azərbaycan şirkətindən qalib olmağımla bağlı zəng gəldi. Beləcə, lazım olan sənədləri topladım, vizamı aldım və gəldim

ABŞ-la bağlı ilk təəssüratınız necədir?

ABŞ-ın imkanlar ölkəsi olduğunu hərkəs bilir. Burada olduqda onu hiss etmək daha asan olur. İnsanları mülayimdir və xarici vətəndaşlar çox olduğuna görə maraqlı mühitlər mövcuddur. Həyat çox məşğul və maraqlı keçir, hər gün etməyə nəsə maraqlı bir şey olur.

Azərbaycanla Amerika arasında hansı fərqlər var?

Əslində, Amerikayla Azərbaycanı tam müqayisə etmək düzgün olmazdı. Ən azı bilmək lazımdır ki Amerika artıq inkişaf etmiş bir dövlətdir, Azərbaycan isə inkişaf etməkdə olan. Əlbəttəki, demək olmaz Azərbaycan yaxşıdır Amerika pisdir və ya əksinə. Çünki fərqli ölkələrdir. Amerika demək olar ki, hər bir sahədə inkişaf etmişdir və bir Azərbaycanlının burada öyrənə biləcəyi çox şeylər var. ABŞ-da istər hər hansı bir sahədə iş təcrübəsi toplamaq, istərsə də keyfiyyətli təhsil almağın və sonra da Azərbaycana qayıdıb bu təcrübəni tətbiq etməyin ölkəmiz üçün çox faydası var.

ABŞ-da hansı planlarınız var?

Bildiyiniz kimi, greencard qalibi olduğum üçün burada müddətsiz yaşamaq hüququm var. Hələki bir aydır gəlmişəm və yeni işləməyə başlamışam. Hələki, ingilis dilimi mükəmməlləşdirmək və karyera qurmağı planlaşdırıram. Gələcək illərdə qismət olarsa öz biznesimi qurmaq istəyərdim.

İş demişkən, bir Azərbaycanlının ABŞ-da iş tapması çətindirmi?

Deməzdim çətindir. Normalda ABŞ-da ən lazımlı şey, işləmək icazəsinin olmasıdır. Greencard qalibləri üçün isə ABŞ-a girdikdən dərhal sonra qanuni işləmək icazəsi yaranır. Mən məsələn üçün gəldikdən 3 həftə sonra iş tapdım. Bir şeyi də dəqiqləşdirmək istəyərdim, bəzi adamlar fikirləşirlərki, greencard udub ABŞ-a gəldikdən sonra aşağı səviyyəli işlərdə işləmək məcburiyyəti olur. Bu, tamamilə yanlış fikirdir. ABŞ vətəndaşları hansı işlərdə işləyə bilirsə, greencard-ı olan xarici vətəndaşlar da eyni işlərdə işləyə bilər. Əgər kimsə öz sahəsini və ingilis dilini yaxşı bilirsə problemsiz öz sahəsində normal işdə işləyə bilər.

ABŞ-da yaşamaq bahalıdırmı? Ümumiyyətlə qiymətlər haqqında nə deyə bilərsiniz?

Burada hərkəs öz büdcəsinə uyğun yaşaya bilər. Nəzərə almaq lazımdırki, ən aşağı işlərdə maaşlar aylıq 2-3 min dollardan başlayır və bu məbləğ də normal yaşamaq üçün artıqlaması ilə bəs edir.

Digər Azərbaycanlılara ABŞ-a gəlməyi tövsiyyə edirsinizmi?

ABŞ-a gəlməyin heç bir ziyanı yoxdur. Əksinə, burada daha çox Azərbaycanlıların olmasının çox xeyri var. Nəzərə almaq lazımdır ki, ABŞ-da Azərbaycanı tanımayan milyonlarla insanlar var, ona görə də burada nə qədər çox Azərbaycanlı olarsa ölkəmizi, mədəniyyətimizi, milli dəyərlərimizi daha yaxşı tanıda bilərik. Həmçinin diasporamız da sürətlə inkişaf edə bilər. Digər tərəfdən də bayaq qeyd etdiyim kimi, ABŞ, yaxşı təhsil almaq üçün və iş təcrübəsi toplamaq üçün ideal bir ölkədir. İstəyən gəlib müvəqqəti yaşayıb təcrübə toplayıb qayıda bilər Azərbaycana və ya kiminsə xoşuna gələrsə yaşamağa davam edə bilər. Yenə də təkrar etmək istəyərdim ki, Amerika imkanlar ölkəsidir. Əsasən greencard qazanıb Amerikaya gəlirsənsə bu imkanlardan tam istifadə edə bilirsən. Məsələn əgər təhsil almaq istəyirsənsə, dövlətdən təqaüd ala bilərsən və ya ən pis halda demək olarkı bütün banklar təhsil haqqını ödəmək üçün uzun müddətli təhsil krediti verirlər. Şərt də o olurki, təhsilini bitirib yalnız işləməyə başladıqdan sonra krediti qaytarırsan. Əgər işləmək istəyirsənsə iş imkanları çoxdur, əgər öz biznesini qurmaq istəyirsənsə bunun üçün hədsiz imkanlar var. Sadəcə olaraq aktiv olmaq lazımdır. 

Qeyd edək ki, Elşən Kərimov şirkətimizin köməyi ilə 2014-cü ildə qalib olmuş şəxslərdən biridir. Əgər siz də qısa müddətli və ya uzun müddətli ABŞ-da işləmək, yaşamaq istəyirsinizsə aşağıdakı linkdən cəmi 5 dəqiqəyə müraciət edə bilərsiniz https://greencard.az/az/info/reg_info

Digər xəbərlər