Suallar Cavablar

Sadə dildə Greencard proqramının nə olduğunu izah edə bilərsinizmi?

Greencard ABŞ-da yaşamaq üçün verilən vəsiqədir. Bu vəsiqə ilə (Azərbaycan vətəndaşlığını itirmədən) Amerikada istədiyiniz qədər qanuni şəkildə yaşaya və işləyə bilərsiniz. Greencard proqramı ildə bir dəfə keçirilir və hərkəs müraciət edə bilər. Bu proqramda qalib olduqdan sonra siz ABŞ-da ömürlük yaşayırsınız və istədiyiniz işlə məşğul olursunuz. Greencard sahibləri ABŞ vətəndaşları ilə eyni hüquqlara sahib olurlar

Greencard lotoreyası hansı şəkildə keçirilir?

 

Bütün dünyadan olan müraciətlər ABŞ-a göndərilir və lotoreya, ABŞ dövləti tərəfindən, heç bir insan müdaxiləsi olmadan, komputer vasitəsilə təsadüfi olaraq keçirilir. Qalib olmaq üçün hər kəsin tamamilə bərabər şansı olur. Qalibləri kompüter təsadüfi seçdiyinə görə, qalib olmaqda yaş, təhsil, iş təcrübəsi, dil biliyi kimi amillər rol oynamır. 

Proqramda qalib gəlmə ehtimalı nə qədərdir?

Greencard proqramına müraciət edən hər kəsin qalib gəlmək üçün bərabər şansı var. Bu proqram, belə demək mümkünsə, lotereya şəklində keçirilir və yaşından və təhsilindən asılı olmayaraq hər kəs qalib ola bilər. Demək olar ki, təxminən hər 100 nəfərdən biri qalib olur

Greencard proqramında kimlər iştirak edə bilər?

Orta məktəbi bitirmiş hərkəs iştirak edə bilər.

Greencard proqramında necə iştirak edirəm?

İştirak etmək üçün ərizə formasını və şəklinizi təqdim edirsiniz  (evlisinizsə, həyat yoldaşınızın və 21 yaşına kimi subay uşaqlarınızın da məlumat və şəkillərini təqdim etməlisiniz). Müraciət etmək üçün bu linkə daxil olun https://greencard.az/az/info/reg_info

Greencard-a nə vaxt müraciət etməli? Son gün nə vaxtdır?

İlin istənilən vaxtı şirkətimizə greencard proqramına müraciət edə bilərsiniz. Greencard proqramının cavabları (yəni qalib olub olmamaq) hər ilin may ayında çıxır. Əgər 2017 may ayında nəticənizi görmək istəyirsinizsə, 2016 oktyabr ayına qədər müraciət etməlisiniz. 2016 oktyabrdan sonra müraciət etsəniz, cavabınız 2018 may ayında çıxacaqdır. 

 
Greencard-a müraciət etmək cəmi 5 dəqiqə çəkir, ona görə də hər hansı son günü gözləmək yox, ən yaxın günlərdə müraciət etməyiniz tövsiyyə olunur. Bu linkdən müraciət edin https://greencard.az/az/info/reg_info
 

Greencard qalibi olmaq üçün nə qədər ödəniş etməliyəm?

Greencard lotoreya proqramı, ABŞ dövlət proqramıdır və pulsuz həyata keçirilir. Şirkətimizin xidmətlərindən istifadə etmək üçün ya müraciət edərkən ya da qalib olduqdan sonra ödəniş edirsiniz. Əgər müraciət edərkən (vəya cavablar çıxana qədər) bir nəfər üçün 50 azn ödəsəniz qalib olduqdan sonra bütün xidmətlərimiz sizə ödənişsiz təqdim olunur və ABŞ-a pulsuz təyyarə bileti alırsınız. Əgər müraciətiniz ödənişsiz olarsa qalib olduqdan sonra xidmətlərimiz üçün ödəniş edəcəksiniz. Xidmətlərimiz və rüsumlar barədə ətraflı məlumat almaq üçün saytımızda XİDMƏTLƏR VƏ RÜSUM bölməsinə daxil ola bilərsiniz 

 

Əgər ödənişsiz müraciət etmisinizsə, sonradan müraciətinizi ödənişli müraciətə dəyişə bilərsiniz. Məsələn əgər 2017 may ayında cavabları gözləyirsinizsə, 2017 mart ayına qədər ödəniş edib özünüzü sığortalaya bilərsiniz. 

Bir il ərzində neçə dəfə müraciət edə bilərəm?

Bir ildə hərkəs sadəcə bir dəfə müraciət edə bilər. Ümumiyyətlə siz bir dəfə müraciət etdikdən sonra məlumatlarınız bizdə qalır və qalib olana kimi hər il müraciətinizi ABŞ dövlət proqramına daxil edirik