Suallar Cavablar

Qalib gəlməyin yeganə yolu nədir?

Qalib gəlməyin yeganə yolu sadəcə müraciət etməyinizdir. Müraciət etdiyiniz ildə də qalib ola bilərsiniz, növbəti illərin birində də. Bəzi şəxslər birinci dəfədən, bəziləri də bir neçə dəfə müraciət etdikdən sonra qalib olurlar. Müraciət etmək cəmi 5-10 dəqiqə çəkir və bu proqram pulsuzdur.
Greencard proqramı ABŞ-a getməyin ən asan yoludur. Çünki Greencard qalibi olmaq üçün nə güclü təhsiliniz olmalıdır, nə güclü dil biliyiniz, nə də ki hansısa sahədə mütəxəssis olmağınıza ehtiyac var. Sadəcə müraciət etməyiniz bəs edir.
Bundan başqa öz ailə üzvləriniz, qohumlarınız və dosltarınızın müraciət etməyinə kömək etməlisiniz. Çünki özünüz qalib olmasanız belə yaxınlarınızdan kimsə qalib ola bilər. Növbəti illərdə siz də onların köməyi ilə ABŞ-a gedə bilərsiniz. 

İngilis dilini bilmədən necə getmək olar Amerikaya?

Nəzərə alın kı, Greencard proqramında iştirak etmək üçün ingilis dilini bilmək tələb olunmur. Yəni ingilis dilini bilmədən vizanı ala bilərsiniz və Amerikaya gedə bilərsiniz. Lakin, orada işləmək və ya oxumaq üçün təbii ki ingilis dilini bilmək tələb olunacaqdır. Greencard qazandıqdan sonra ABŞ-a getmək üçün təxminən bir il vaxtınız olur və həmin müddət ərzində ingilis dili biliyinizi təkmilləşdirə biləcəksiniz. Qısaca, ingilis dilini bilmədən müraciət edə bilərsiniz və qalib də ola bilərsiniz. Qalib olduqdan sonra, ABŞ-a getməzdən qabaq ingilis dilini öyrənə bilərsiniz.

Greencard qazansam Amerikaya getməliyəmmi (və ya nə vaxt getməliyəm)?

Greencard proqramında qalib olub olmamağınız hər ilin may ayında bilinir və təxminən 18 ay içində Amerikaya bir dəfə də olsun girməlisiniz. İlk girişinizdə bir həftə qalmaq bəs edir. Məsələn, əgər 2016-cı ilin may ayında qalib olmusunuzsa, 2017-ci ilin təxminən oktyabr ayına kimi bir dəfə də olsa Amerikaya giriş etməlisiniz. Əgər bu müddət ərzində giriş etməsəniz greencard qalibi olmağınız ləğv olunacaqdır. 

Greencardımı aktiv saxlamaq üçün ABŞ-da nə qədər yaşamağa məcburam?

Greencard ABŞ-da yaşamaq üçün verilən vəsiqədir. Greencardınızın aktiv qalması üçün normal hallarda 6 aydan bir ABŞ-a giriş çıxış etməlisiniz (hər girişinizdən 1 həftə belə qalmaq bəs edir). Əgər uzun müddət ABŞ-a gələ bilməyəcəksinizsə (məsələn, işinizlə, təhsilinizlə və ya başqa işlərinizlə bağlı), ABŞ-da miqrasiya idarəsinə ərizə yazıb 2 ilə kimi ABŞ-a girməyə bilərsiniz. Ərizə yazıb uzun müddət ABŞ-a giriş etməsəniz belə greencard-ınız etibarlı qalacaqdır. 

Greencard qazansam ABŞ-da neçə il yaşaya bilərəm?

Greencard qazanmış şəxslər ABŞ-da ömürlük yaşamaq hüququ əldə edirlər. Greencard 3, 5 və ya 10 illik olmur. Sadəcə olaraq vəsiqə kimi ilk aldığınız greencardınız 10 il etibarlı olur. 10 ildən sonra sadəcə olaraq vəsiqənizi yeniləyirsiniz. Məsələn, Azərbaycanda xarici pasportlar 10 illik verilir və 10 ilin tamamında pasportlar yenilənir. Greencard da eyni qaydada olur. 

Əgər bu il qalib olmasam növbəti illərdə iştirak edə bilərəmmi?

Bəli.  Lakin, bir dəfə müraciət etmisinizsə, növbəti illərdə yenidən müraciət etməyinizə ehtiyac yoxdur. Çünki siz bir dəfə müraciət etdikdən sonra məlumatlarınız bizdə qalır və qalib olana kimi hər il müraciətinizi ABŞ dövlət proqramına daxil edirik.

Əgər uşağımın yaşı azdırsa, və ya yeni doğulubsa onun da şəklini təqdim etməliyəmmi?

Bəli. Lakin, onun şəklinin göstəricilərə 100% uyğun olması çox da vacib deyil. Uşağınız çox kiçikdirsə, ağ rəngli yataqda uzandırıb, özünüz onun şəklini çəkə bilərsiniz. Uşağın baş hissəsinin və çiyinlərinin rahat görsənməsi şərtilə şəklini çəkin.

Müraciət etdikdən sonra şəxsi həyatımda dəyişiklik olarsa necə olacaq (məs. evlənmə, boşanma, uşağın dünyaya gəlməsi və s.)?

Belə dəyişikliklər olduqda, (qalib gəldikdə) sadəcə səfirliyə bu barədə məlumat verəcəksiniz və sizin şəxsi məlumatlarınız onların bazalarında yenilənəcəkdir.