Suallar Cavablar

Əgər müraciət edərkən subayamsa, lakin sonradan evlənirəmsə həyat yoldaşım da mənimlə bərabər viza alacaqmı?

Bəli. Əgər müraciət edərkən subay idinizsə və sonrakı aylarda və ya illərdə evlənirsinizsə, avtomatik olaraq həyat yoldaşınız da greencard qalibi sayılır

Əgər boşanmışamsa (və ya dulamsa) həyat yoldaşımın və uşaqlarımın məlumatlarını təqdim etməliyəmmi?

Keçmiş həyat yoldaşınızın YOX, uşaqlarınızın məlumat və şəkillərini təqdim etməlisiniz.

Mənə Greencard qalibi olmağımla bağlı Amerikadan email və ya zəng gəlir, buna inanımmı?

Sizin emailinizə Greencard qalibi olmaqla bağlı müxtəlif emaillər gələ bilər. Bu tipli emaillərdə greencard qalibi olduğunuz, emaillərin ABŞ dövlətindən gəldiyi bildirilir və prosesin tamamlanması üçün müəyyən məbləğdə online ödəniş etməyiniz tələb olunur. Bəzən də bu tipli zənglər olur və eyni şeyleri sizə zəng edərkən deyirlər.
Qətiyyən belə emaillərə aldanmayın və heç bir ödəniş etməyin. Bu emaillərin hamısı saxtadır və ABŞ dövləti ilə heç bir əlaqəsi yoxdur.

 

Nəzərə alın ki, ABŞ dövləti qalib olmaqla bağlı heç bir email göndərmir və zəng etmir. Əgər bizim şirkətimizin müştərisisinizsə qalib olduğunuz halda yalnız hər ilin may ayında sizə zəng edə bilərik. Digər hallarda isə məlumatlarınızı yeniləmək üçün bizim şirkətimizdən sizə ildə təxminən 1-2 dəfə zəng gələ bilər. 

Əgər ailə üzvlərim mənimlə Amerikaya getməyəcəklərsə, onlar haqda məlumatı və onların şəkillərini də təqdim etməliyəmmi?

Bəli. Qalib olduğunuz halda ailə üzvlərinizi (yəni həyat yoldaşı və uşaqları) ABŞ-a aparmaq fikriniz yoxdursa belə, müraciət edərkən onlar haqqında məlumatları və şəkillərini təqdim etməlisiniz. Əks halda qalib olsanız belə sizə ABŞ-a getmək üçün viza verilməyəcək.

Əgər qalib gəlmişəmsə digər ailə üzvlərim də mənimlə bərabər Amerikaya getməlidirlərmi?

Öz istəyinizə uyğun olaraq, ailə üzvləriniz sizinlə gedə də bilərlər, getməyə də. Vəya özünüz gedə bilərsiniz, bir müddətdən sonra onlar da gələ bilərlər.

Digər ailə üzvlərim də öz adlarından müraciət edə bilərlərmi?

Orta məktəbi bitirmiş uşaqlarınız da öz adlarından ayrıca müraciət edə bilərlər. 

Greencard vizasının digər vizalardan fərqi nədir (məs. tələbə vizası, iş vizası, tələbələr üçün Work&Travel proqramı, turist vizası)?

Greencard vizası digər vizalardan yalnız öz üstün cəhətlərinə görə fərqlənir. Hər şeydən qabaq bu proqrama orta məktəbi bitirmiş hər kəs müraciət edə bilər. Digər vizalar xüsusi təbəqələrə verilir, məsələn iş vizası almaq üçün yalnız işləyən və ingilis dilini yaxşı bilən şəxslər müraciət edə bilər, təhsil almaq üçün sadəcə tələbələr müraciət edə bilər və sairə. Greencard vizasını almaq üçün isə yaşından, peşəsindən asılı olmayaraq istənilən şəxs müraciət edə bilər.
Greencard vizasının müddəti yoxdur, yəni viza sizə ömürlük verilir. İstədiyiniz qədər ABŞ-da yaşaya bilərsiniz və ya istədiyiniz vaxt ora gedib gələ bilərsiniz. Lakin başqa vizaların müddəti olur və bitdikdən sonra öz ölkənizə qayıtmalısınız.
Greencard vizasını əldə etmək çox asandır, ingilis dilini bilmək tələb olunmur, heç bir müsabiqə keçirilmir, proqram lotoreya şəklində həyata keçirilir və kobud dildə desək bəxtiniz gətirsə qazanırsınız. Digər vizaları almaq üçün ingilis dilini bilmək tələb olunur, xüsusi müsabiqələri keçmək lazım olur.

Dostlarımın və qohumlarımın da müraciət etmələri mənə kömək edirmi?

Bəli. Bunun çox köməyi olur və biz bunu hərkəsə tövsiyyə edirik. Tutaq ki, bu il özünüzlə bərabər sizin digər ailə üzvləriniz, dostlarınız və ya qohumlarınız da müraciət edirlər. Və tutaq ki siz bu il qalib olmadınız, lakin dostunuz və ya qohumunuz qalib oldu. Onlar ABŞ-da olduqdan sonra sizin də oraya gəlməniz üçün çox köməklik edə bilərlər. Sizə orada ya iş tapmaqda, tələbəsinizsə universitet tapmaqda köməklik göstərə bilərlər və belə halda sizin heç Greencard qalibi olmağınıza da ehtiyac olmur. Sadəcə onların köməyi vasitəsilə asanlıqla siz də oraya gedib yaşaya bilər və Azərbaycanlıların sayını ABŞ-da artıra bilərsiniz.
Əgər fikir versəniz görərsiniz ki, Rusiyada yaşayan Azərbaycanlılar bir müddət orada yaşadıqdan sonra öz dost, qohumlarını da asanlıqla oraya cəlb edə bilirlər. Eyni şəkildə ABŞ-da yaşayan Azərbaycanlılar da bu prosesi həyata keçirə bilərlər.