Suallar Cavablar

Greencard qazandıqdan sonra öz ölkəmə gəlib gedə bilərəmmi?

Bəli. Greencard qazandıqdan sonra istər öz ölkənizə gəlib gedə bilərsiniz, istər həm orada həm öz ölkənizdə yaşaya bilərsiniz

Əgər Amerikada və ya başqa bir ölkədə yaşayıramsa müraciət edə bilərəmmi?

Bəli. İstənilən ölkədə yaşamağınıza baxmayaraq müraciət edə bilərsiniz.

Əgər mənim başqa vizam varsa, və ya başqa bir viza almaq üçün müraciət etmişəmsə Greencard proqramında iştirak etməyim digər vizaların alınmasına mane olurmu?

Xeyr. Greencard proqramında iştirak etmək heçbir viza prosesinə təsir göstərmir. Greencard-a müraciət etməzdən qabaq və ya sonra da digər vizalara müraciət edə bilərsiniz.

Greencard proqramının ABŞ səfirliyi ilə əlaqəsi var mı?

Greencard proqramı hər il ABŞ dövləti tərəfindən keçirilir. Lakin, heç bir ölkədəki ABŞ səfirliklərinin bu proqrama aidiyyatı yoxdur. Yalnız Greencard proqramında qalib seçildiyiniz halda, viza almaq üçün səfirliyə gedəcəksiniz.
ABŞ-ın Azərbaycandakı səfirliyi Greencard vizasını vermir. Azərbaycanlılar Greencard qalibi olduqdan sonra vizanı, Gürcüstandakı ABŞ səfirliyindən alırlar.

Azərbaycanda işim gücüm varsa Greencard mənə lazımdırmı?

Əgər sizi Azərbaycandakı həyatınız qane edir və Azərbaycandan köçmək istəmirsinizsə, yenə də Greencard proqramında iştirak etməyiniz tövsiyyə olunur. Yəni, əgər Greencard alsanız məcbur deyilsiniz ki, bir dəfəlik ABŞ-a gedib orada yaşayasınız. Normal şərtlərdə ABŞ-a viza almaq çox çətindir. Hətta bir həftəlik turist vizası almaqda çətinlik çəkənlər var. Sizin Greencard-ınız olduqdan sonra artıq ABŞ sizin üçün ikinci yaşayış yeri olur və oranın da daimi vətəndaşı olursunuz. İstədiyiniz vaxt ora vizasız gedib gələ bilirsiniz. Əgər bir neçə ildən sonra fikrinizi dəyişsəniz və oraya köçmək qərarına gəlsəniz, artıq problemsiz gedə bilərsiniz.

Orta məktəb təhsilim yoxdursa müraciət edə bilmərəmmi?

O halda müraciət edə bilərsinizki, sizin son beş il ərzində ən azı 2 illik istənilən sahədə iş təcrübəniz olsun. Orta məktəbi bitirmisinizsə iş təcrübəsinə ehtiyac yoxdur.

İstənilən şəkli təqdim edə bilərəm mi? Şəkil necə olmalıdır?

Təqdim edəcəyiniz şəklin arxa fonu ağ rəngdə olmalıdır və baş hissə, hər iki çiyin rahat görünməlidir. Nəzərə alın ki, şəkliniz yeni olmalıdır. Yəni, göndərdiyiniz şəkil ilə hal hazırki görünüşünüz arasında böyük fərq olmalı deyil

Əgər evliyəmsə hər bir ailə üzvü üçün şəkil təqdim etməli və onların məlumatlarını təqdim etməliyəmmi?

Evlisinizsə, həyat yoldaşınızın və 21 yaşına kimi olan bütün subay uşaqlarınızın şəkillərini və məlumatlarını mütləq təqdim etməlisiniz.  Qalib gəldiyiniz halda isə sizinlə bərabər bütün ailə üzvləriniz qalib gəlmiş sayılırlar və onlar da Green card alırlar. Evli ola ola, subay kimi müraciət etsəniz qalib olduqdan sonra Amerikaya gedə bilməyəcəksiniz.