Suallar Cavablar

Greencard proqramına çox adam müraciət etdikdə mənim şansım azalırmı?

Xeyr! Proqrama müraciət edənlərin sayı nə qədər çox olarsa qalib gələnlərin sayı da bir o qədər çox olur. Məsələn 10 min nəfər müraciət edirsə təxminən 100 nəfər qalib olacaq. 20 min nəfər müraciət edirsə təxminən 200 nəfər qalib olacaqdır. Sayların çoxluğu qaliblərin sayını azaltmır, əksinə çoxaldır. 

 

Greencard qalibi öz uduşunu kiməsə hədiyyə edə bilərmi?

Xeyr. Greencard qalibi yalnız özü öz uduşundan istifadə edib ABŞ-a gedə bilər. Evli olduğu halda avtomatik həyat yoldaşı və uşaqları da greencard qalibi sayılırlar. Greencard qalibi qalib olduğu gündən etibarən 1 il içində evlənərsə, evləndiyi şəxs də greencard qalibi sayılır. Greencard qalibinin valideynləri və bacı qardaşları da greencard qalibi sayılmırlar. Bu insanlar, qalib olmuş şəxsin yanına başqa vizalarla gedib gələ bilərlər. Məsələn, turist, tələbə, iş vizası və s. 

Greencard qazananlar ABŞ-da hansı işlərdə işləyə bilərlər?

Greencard qaliblərinin hüquqları, ABŞ vətəndaşlarınin hüquqları ilə eyni olur. Ona görə də greencard sahibləri istənilən işdə işləyə bilərlər (xüsusi dövlət təhlükəsizlik orqanları xaric) və ya istənilən sahə üzrə öz bizneslərini qura bilərlər. Qısa olaraq desək, kim hansı işi bacarırsa o işlə məşğul ola bilər. Yəni, greencard sahibi tutaq ki Azərbaycanlıdır. O şəxsin Azərbaycanda necə ki istənilən sahədə işləməsinə icazə var, eyni qaydada ABŞ-da da istənilən sahədə işləyə bilər. Əlbəttəki, ABŞ-da daha yaxşı iş tapmaqda ingilis dili biliyi rol oynayır. Ona görə də bütün greencard qaliblərinə tövsiyyə olunur ki ABŞ-a gedənə qədər ingilis dilini maksimum dərəcədə mükəmməl öyrənsinlər.

Bəzi xüsusi peşə sahiblərinin (məsələn tibb işçiləri və s) ABŞ standartlarına cavab vermələri lazım olur. Ona görə də ABŞ standartlarına cavab vermək üçün həmin sahə üzrə bir neçə ay və ya il xüsusi təlimlərə, kurslara getmək lazım olur. Adətən bu tipli kursların rüsumlarını dövlət qarşılayır və ya kredit şəklində verir. 

 

Maaşlara gəldikdə isə, ən sadə işlərdə aylıq 2-3 min dollardan başlayır. Bir müddət işlədikdən sonra ortalama 4-5 min dollar qazanmaq mümkündür. Bu günə qədər heç bir greencard qalibinin işsiz və ya pulsuz qalması faktı ilə rastlaşmamışıq. 

Greencard qalibləri üçün növbəti addımlar hansılardır?

Cavablar hər ilin may ayında açıqlanır. Adətən may, iyun, iyul aylarında bütün qaliblərimizə formalar göndərilir və həmin formaları doldurduqdan sonra, o formalar şirkətimiz tərəfindən ABŞ dövlətinə təqdim olunur. Bunun əsasında qaliblər üçün Gürcüstandakı ABŞ səfirliyində viza görüşü təyin olunur. Viza görüşü adətən oktyabr ayından başlayaraq növbəti ilin yay aylarına qədər davam edir. Yəni, qaliblər növbə ilə ABŞ səfirliyində görüşə dəvət olunurlar. Hər kəs üçün görüş vaxtını ABŞ dövləti təyin edir. Hər kəs öz görüş vaxtını təxminən 6 həftə öncə bilir. Məsələn kiminsə görüşü 15 dekabra təyin olunubsa, həmin şəxs bu barədə məlumatı təxminən noyabr ayının əvvəli bilir. Bu vaxt ərzində qaliblərimizə sənədlərin siyahisı verilir və səfirliyə gedənə qədər həmin sənədlər hazırlanır. Səfirlikdə vizanı 1 günə verirlər və vizaların müddəti təxminən 6 ay olur. Yəni səfirlikdə viza aldığınız gündən 6 ay içində ABŞ-a daxil olmalısınız. ABŞ-a daxil olduqdan sonra təxminən 2-3 ay ərzində qaliblər öz greencardlarını (şəxsiyyət vəsiqəsi kimi bir sənəd) alırlar. Greencard gələnə qədər işləməyə icazə verilir. Greencard aldıqdan sonra ABŞ-a getmək üçün viza tələb olunmur. 

Greencard qalibləri əsgərliyə getməlidirlərsə proses necə olur?

Əgər may ayında greencard qalibi olursunuzsa və universiteti bitirib əsgərliyə iyul ayında getməlisinizsə, sizin üçün ABŞ səfirliyində görüş növbəti ilin təxminən avqust ayına alınır və əsgərlikdən qayıtdıqdan dərhal sonra vizanızı alıb ABŞ-a yola düşə bilərsiniz.