2020
2020
28.07.2020

2020

2020-ci ildə ABŞ və Kanadaya köçmək üçün hansı yollar var?   

ABŞ  

ABŞ dövləti pandemiyaya görə demək olar ki bütün tip vizaların verilməsini dayandırıbdır. Hal hazırda greencard proqramına müraciət edə bilərsiniz. Proqram necə işləyir, necə müraciət etmək olar? 2020-ci ildə qalib olanlar və ya olmayanlar nə etməli (nəticələr)? Bu linkdən bütün suallarınıza cavab tapa bilərsiniz  https://greencard.az/faq

Proqram lotoreya formasında keçirilsə də, hərkəsə müraciət etməyi tövsiyyə edirik. 

Kanada

Kanada dövləti isə əksinə, aktiv şəkildə imiqrasiyanı davam etdirir və proqramların sayını ildən ilə çoxaldır. Hansı yollar var? Necə müraciət etmək olar?   

Son 1 ildə müxtəlif Kanada vəkilləri ilə əməkdaşlıq edərək, Azərbaycan vətəndaşlarına Kanadaya köçmək üçün mümkün olar bütün xidmətləri bir araya toplamışıq. Demək olar ki, hərkəsə uyğun proqramlar mövcuddur. Həmçinin virusun təsirini nəzərə alaraq, xidmət rüsumlarında da müraciət edən şəxslərin büdcələrini nəzərə almışıq, xidmət rüsumlarının bir hissəsini Kanadaya çatdıqdan sonra da ödəmək seçimlərimiz də mövcuddur (fərdi yanaşma əsasında). 

Xahiş edirik məlumat almaq üçün ofisimizə gəlməyəsiniz və zəng etməyəsəniz. Bütün proqramlar haqda sadə dildə yazılı məlumat hazırlamışıq. Müraciətlər çox olduğundan, məlumat toplamaq istəyən şəxslərlə deyil, artıq müraciət etməyə qərar vermiş və prosesə dərhal başlamaq istəyən şəxslərə vaxt ayıra bilirik. Proqramlar haqda ətraflı məlumat toplamaq və müraciət etmək üçün Buraya Daxil Olun Müraciət formasını doldurmuş hərkəsə növbə ilə zəng edəcəyik

 

Qeyd: ABŞ dövlət saytı travel.state.gov, Kanada dövlət saytı canada.ca  Bacardığınız halda dövlət saytlarından özünüz proqramlar haqda məlumat alıb, müraciət etməkdə sərbəstsiniz