ABŞ-da ən asan yolla necə işləmək olar?
ABŞ-da ən asan yolla necə işləmək olar?
25.08.2017

ABŞ-da ən asan yolla necə işləmək olar?

ABŞ! Fürsətlər ölkəsi. Dünyanın ən böyük iş adamlarına, ən varlı şəxslərinə, holdinqlərə, korporasiyalara ev sahibliyi edən ölkə. Həm öz biznesini qurmaq istəyən, həm də böyük qurumlarda söz sahibi olmaq, yüksək gəlirli işlərdə çalışmaq istəyənlər üçün böyük fürsətlər yaradır bu 50 ştat.

Ancaq təəssüf ki, bu fürsətləri heç də istədiyimiz zaman əldə edə bilmirik. Bu xəbəri oxuyursunuzsa, çox güman ki, siz də bu fürsətləri əldə etməyin çətinliyindən az-çox xəbərdarsınız. Bu fürsətlər yalnız ABŞ vətəndaşları və ABŞ-da qanuni işləmək icazəsi olanlara təqdim olunur. Bəzən Turist vizası ilə, qanuni olmasa da, ABŞ-da işləyib qısa müddətdə çox yüksək gəlir qazanan insanlar da olur. Ancaq bildiyimiz kimi Turistik viza sadəcə 1 illikdir və bu viza ilə ABŞ-a işləməyə getdiyimizdə bizə yenidən viza verilmir.

Lakin, şad xəbər budur ki, əgər sizin ABŞ-da Greencard-ınız varsa (ABŞ-da ömürlük yaşamaq üçün verilən vəsiqə) hər şey dəyişir. Çünki, Greencard sahibi olduqdan sonra sizin ABŞ vətəndaşları ilə eyni hüquqlarınız olur. Yəni ki, ABŞ-da qanuni işləmək və yaşamaq icazəsi əldə edirsiniz. Öz bacarığınıza, təhsilinizə və ixtisasınıza uyğun işlərdə işləyə bilirsiniz və bu imkan sizin ömrünüzün sonunadək keçərli olur.

Greencard nədir? Necə ala bilərsiniz? Kimlər ala bilər?

Greencard ABŞ-da ömürlük yaşamaq üçün verilən vəsiqədir. Bu vəsiqəni almaq üçün isə ABŞ dövlətinin ildə bir dəfə keçirdiyi lotoreya proqramında iştirak etmək lazımdır. Bu vəsiqəni aldıqdan sonra hüquqlarınız ABŞ vətəndaşlarının hüquqları ilə bərabər olur, yəni istənilən sahədə işləyə də bilərsiniz, təhsil də ala bilərsiniz. 

Orta məktəbi bitirmiş hər kəs müraciət edə bilər və müraciət etmək üçün İngilis dilini bilmək tələb olunmur. Qalib olsanız ABŞ-a gedənə qədər İngilis dili öyrənməyə vaxtınız olacaqdır

Hər il neçə nəfər azərbaycanlı Greencard qazana bilər?

Greencard proqramına nə qədər çox adam müraciət edirsə qaliblərin sayı bir o qədər də çox olur. Orta hesabla hər 100 nəfərdən 1 nəfər qalib olur. Yəni, 100 min nəfər Azərbaycanlı müraciət edərsə 1000 nəfər qazanır. 

Qeyd: Proqram lotoreya formasında keçirildiyinə görə, çox adam bəxtim gətirməz deyə müraciət etmir. Amma yuxarıda qeyd olunduğu kimi bu proqram yeganə proqramdır ki, hər il minlərlə azərbaycanlı bundan faydalana bilir və ABŞ-da işləməyə yola düşə bilir. Nəzərə almaq lazımdır ki, müraciət etmək həm ödənişsizdir, həm də cəmi 5 dəqiqə vaxt aparır.

Necə müraciət etmək olar?

Cəmi 5 dəqiqəyə BURAYA TIKLAMAQLA müraciət edə bilərsiniz.

Müraciət etməzdən qabaq isə saytımızda BU LİNKDƏN ətraflı məlumat almağınızı və Greencard haqqında bütün suallarınıza cavab tapmağı tövsiyyə edirik.