Amerikada biznes vizası və qanuni iş icazəsi
Amerikada biznes vizası və qanuni iş icazəsi
28.12.2021

Amerikada biznes vizası və qanuni iş icazəsi

 

ABŞ-da E-2 biznes vizası nədir və necə işləyir?

Biznes vizası sizə ABŞ-da ya yeni biznes açıb onu idarə etmək hüququ və ya mövcud biznesləri satın amaq/franchise etmək hüququ verir. Ailəlisinizsə, bu viza ilə ailəvi köçə bilərsiniz, həyat yoldaşınız istənilən şirkətdə işləyə bilər və uşaqlarınız təhsil ala bilərlər. 

Kimlər müraciət edə bilər, hansı tələblər var? 

Bu vizanı əldə etmək üçün xüsusi təhsil, təcrübə və ya dil biliyi tələb olunmur. Lakin, biznesi idarə etmək bacarığınız olmalıdır və viza müraciətiniz real görsənməlidir. İngilis dili biliyi tələb olunmasa da, əgər ingilis dilini heç bilmirsinizsə, böyük ehtimal müraciətiniz uğurlu olmayacaq. Həm səfirlikdə viza görüşünüzdə görəcəyiniz işi, planınızı düzgün ifadə etməlisiniz, həm də ABŞ-da biznesin uğurlu olması üçün müəyyən qədər dil biliyiniz olmalıdır.

Biznes vizasını ala bilmək üçün tələb olunan sərmaye məbləği

Amerika dövlətinin bununla bağlı heç bir tələbi yoxdur, lakin məbləğ, biznesi qurmaq üçün kifayət etməlidir və real görsənməlidir. Məsələn kiçik restoran açmaq üçün 100-150 min dollar yatırmaq real görsənə bilər. Bəzi hallarda 50-100 min dollar arası məbləğə hazır, işləyən kiçik kafe biznesləri də almaq mümkündür. Bəzi bizneslər üçün 30-40 min dollar civarında sərmaye yatırmaq da bəs edir. Məsələn, kiçik təmizlik şirkəti açmaq üçün (sifarişlə evlərə və biznes obyektlərinə gedib otaqları təmizləmək) bu məbləğ bəs edə bilər. Həmçinin IT, konsulting, reklam, dizayn, fotoqraf xidmətləri göstərən kiçik şirkətlər açmaq üçün də az sərmaye tələb olunur. 

Biznes vizasının xüsusiyyətləri 

  • İstənilən yeni biznes aça bilirsiniz. Aktiv xidmət göstərən, qazanc əldə edən biznes olmaldır. Passiv bizneslər qəbul olunmur (məsələn ev alıb kirayə vermək). 

  • Mövcud Amerika biznesini tam formada və ya 50 faizini ala bilirsiniz

  • Şərikli formada biznes aça bilərsiniz. Məsələn Azərbaycanda iki nəfər ABŞ-da yeni bir biznes aça bilər və ya mövcud biznesi ala bilər (hər iki nəfər 50% pay sahibi olacaq və bərabər yatırım edəcək). Əgər bu şəxsləri evlidilərsə hər iki şəxs ailəvi yola düşə bilərlər. 

  • Biznesi öz adınıza edirsinizsə, ABŞ-da yalnız həmin biznesi idarə etmək hüququnuz olur. Başqa şirkətdə işləyib oradan maaş almaq hüququnuz olmur.

Həyat yoldaşınız istənilən şirkətdə işləyə bilər. Ona görə də, əgər özünüz başqa bir şirkətdə işləmək istəsəniz, əvvəlcədən qərar verə bilərsiniz ki, biznes, həyat yoldaşınızın adına olsun (biznesi idarə edə biləcəksə). Bu, vacib bir məqamdır. Çünki ola bilər ki, ikinizdən birinin elə peşəsi olsun ki, ABŞ-da ilkin vaxtlarda daha çox maaş ala bilər.

Senari 1

Məsələn Amerikada tır sürücüsü işləməklə yaxşı pul qazanmaq mümkündür (ortalama bir aya 10 min dollar). Əgər bu işlə məşğul olmaq istəyirsinizsə, həyat yoldaşınızın adından biznes vizasına müraciət edə bilərsiniz, həyat yoldaşınız xırda biznes idarə edə bilər, məsələn gözəllik salonu, təmizlik şirkəti və ya xırda kofe şop. Belə halda həyat yoldaşınıza yalnız müraciət etdiyi biznesi idarə etməyə icazə verilir, başqa yerdə işləmək icazəsi olmur. Sizin isə istənilən işlə məşğul olmaq icazəniz olur. 

Senari 2

Vəya əgər proqramçısınızsa, bu sahədə yenə də ABŞ-da yaxşı maaşlı işlər tapmaq mümkündür. Özünüz maaşla işləmək istəyirsinizsə, biznesinizi həyat yoldaşınızın adına sənədləşdirə bilərsiniz. 

Əlbəttə ki, proqramçı kimi xırda şirkət açıb, komandanızla bərabər, frilans formada da öz xidmətlərinizi göstərmək imkanınız da vardır ayrıca. Belə olduqda başqa şirkətlərdə maaşla işləmək hüququ yalnız yoldaşınızda olacaq. 

 

 Pul nə vaxt yatırılır və ya ümumi proses necədir

  • Biznes seçimi (mövcud və ya yeni). Bu mərhələdə bəzi biznesleri seçməkdə sizə kömək edə bilərik və ya özünüz də seçə bilərsiniz. 

  • Sərmaye yatırımı və sənədləşmə - Səflikdə görüşə girməzdən qabaq, Amerikada şirkət açılmalıdır, biznes seçimi edilməlidir, vəkillə sənədləşmə işləri başlanmalıdır. Adətən səfirlik əmin olmaq istəyir ki, siz həqiqətən sənədlərdə göstərdiyiniz biznesi açmaq üçün addımlar atmısınız və ABŞ-çatdıqdan sonra biznesinizlə məşğul olacaqsınız. Vəkilə ödənilən, sənədləşmələrə xərclənən ödənişlər, öz veb saytınızın açılmasına xərclənən xərclər artıq müəyyən qədər sərmaye yatırmağa başladığınızı göstərir. 

  • Vizaya müraciət etməzdən öncə, sizin üçün ABŞ şirkəti açılır və ABŞ-dakı şirkətinizin bank hesabına sərmayə edəcəyiniz məbləği köçürürsünüz. Hazır biznes alırsınızsa, alqı satqı edirsiniz və ya eskro hesabı vasitəsilə edirsiniz (bu o deməkdir ki, şərti olaraq alqı satqı edilir, lakin viza aldığınız təqdirdə biznesi aldığınız şəxsin hesabına köçürülür məbləğlər. Viza alınmadığı təqdirdə, ödəniş köçmür)

  • Viza görüşü - bütün sənədlərlə səfirlikdəki viza görüşünə girirsiniz və vizanızı adətən 2 ay içində alırsınız. 

 

Yatıracağım məbləğin hamısını dərhal xərcləməliyəmmi? 

Əgər hazır biznes alırsınızsa, viza aldıqdan sonra razılaşdırılmış məbləğ biznesi satan adamın hesabına gedir. Əgər yeni biznes açırsınızsa, məbləğ öz ABŞ şirkətinizin hesabında qalır və tədricən xərcləyə bilirsiniz, yəni öz nəzarətinizdə olur. Biznes planda maliyyə planı göstərilməlidir.  

Biznes vizasında ABŞ-da verilən status

Biznes vizası müddətsiz ABŞ-da yaşama və işləmə icazəsi verir. Lakin, greencard və ya vətəndaşlıq vermir. Greencard-a keçid etmək üçün növbəti illərdə başqa imiqrasiya yollarından istifadə edə bilərsiniz

Biznes vizası müddətsiz olur və 2 ildən bir yenilənir. Nə qədərki biznes davam edir, ABŞ-da o qədər işləmək, yaşamaq icazəniz olur. Sonradan, istəsəniz biznesinizi dəyişə bilərsiniz və bu barədə dövlətə məlumat verməlisiniz. 

  • Biznesi idarə edən şəxsin hüququ həmişə biznesi idarə etmək olacaq

  • Həyat yoldaşının istənilən yerdə işləmək icazəsi olacaq

  • Uşaqlarının təhsil almaq hüququ olacaq

  • İstənilən ABŞ şatatında bizneslə məşğul olmağa icazə verilir

 

ABŞ səfirliyindən keçmiş viza imtinası varsa, viza almaq şansı olurmu? 

Ümumiyyətlə E-2 vizası ən yaxşı verilən vizalardan biridir. ABŞ-da iş yerlərinin sayının çoxalması, ABŞ dövlətinin marağındadır. Bu vizada öz ölkənizə olan bağlılığı sübut etmək məcburiyyəti yoxdur. Yəni, normalda turist vizasına müraciət edərkən, səfirlikdə öz ölkənizdə olan bağlılığa baxırlar (ailə, ciddi iş yeri vəs). Bu vizada elə bir şərt yoxdur.

Əvvəlki vizalarızdan imtina almaq bu vizanının alınmasına adətən təsir etmir. Məsələn, tutaq ki, turist və ya tələbə vizasına müraciət etmisiniz. Sadəcə səfirlikdə sizin geri qayıdacağınıza inanmayıblar və imtina almısınız. Bu fakt, biznes vizası almağınıza təsir etmir. 

Lakin, əvvəlki viza müraciətinizdə olan məlumatlar indiki ilə üst üstə düşməlidir, saxta məlumatlar, sənədlər olmamalıdır. 

 

Özümlə işçi apara bilərəmmi? 

Biznes vizasında müraciətçilərdən gözlənilən adətən ABŞ-da biznes qurub və yerli vətəndaşları işə götürməkdir. Lakin, özünüzlə bəzi işçiləri aparmağa icazə verilir. Adətən, biznesinizi idarə edə biləcək rəhbər vəzifədə olan şəxsləri apara bilərsiniz və ya xüsusi mütəxəssisləri aparmağa icazə verilir. Sübut etməlisiniz ki, həmin mütəxəssislərdən ABŞ-da tapmaq mümkün deyil. 

Və ya bəzi işçiləri müvəqqəti apara bilərsiniz. Məsələn, gözəllik salonu açmaq istəyirsinizsə, Azərbaycanda peşəkar bərbərləri bir müddətlik özünüzlə apara bilərsiniz və həmin bərbərlər müvəqqəti işləyə bilərlər və digər işçiləri öyrədə bilərlər. Əgər yerli işçilər, lazımi qədər öyrənsələr sizin işçiniz geri qayıda bilər. 


Müraciətlər hansı formada olur? 

Şirkətimizə müraciət etməyə hazır olduğunuzu bildirdikdən sonra, birbaşa ABŞ-da əməkdaşlıq etdiyimiz imiqrasiya vəkilləri ilə sənədləşmə işlərinizi davam etdirirsiniz. 

Vəkillərin rüsumu adətən 8000 dollar olur (biznes plan yazılması daxil olmaqla). Əlavə olaraq öz biznesinizə yatırım edirsiniz. (30.000 - 40.000 dollardan başlaraq)

 

Müraciət etmək və məlumat üçün buradan qeydiyyatdan keçin shorturl.at/prBRZ