Greencard Xidməti, Yeni Qərar
Greencard Xidməti, Yeni Qərar
03.10.2021

Greencard Xidməti, Yeni Qərar

Bu gündən başlayaraq şirkətimizdə greencard proqramının xidmətinin göstərilməsində dəyişikliklər tətbiq edirik. 

 

İlk gündən şirkətimizin məqsədi ABŞ-da azərbaycanlıların sayını artırmaq və disporumuza töhvəmizi vermək olubdur. Bu günə kimi birbaşa və ya dolayı yolla 10 minlərlə azərbaycanlının ABŞ-a köçməsinə köməklik göstərmişik. Bundan sonra da bu sayı artıracayıq. 

Belə ki, şirkətimiz bütün azərbaycanlılara green card xidmətinin göstərilməsini tamamilə ödənişsiz təşkil edəcəkdir. Yəni, siz qalib olana kimi şirkətimiz sizin adınızdan ABŞ dövlətinə müraciəti hər il tamamilə ödənişsiz göndərəcəkdir. Bunun üçün nə müraciət edərkən nə də ki qalib olduqdan sonra şirkətimizə heç bir ödəniş etmək öhdəliyiniz olmayacaqdır. ABŞ dövlətindən iştirakınızı təsdiq edən nömrənizi də şirkətimizdən ödəniş etmədən ala bilərsiniz. Əvvəlki illərdə qalib olduqdan sonra, müştərilərin şirkətimizin xidmətlərindən istifadə etmək öhdəliyi var idi. Yəni ən azı 800 dollar ödəyib konsultasiya xidmətindən istifadə etməli idilər. 

Bu ildən başlayaraq, qalib olduqdan sonra xidmətlərimizdən istifadə etmək öhdəlik kimi yox könüllü formada olacaqdır. 

 

Xidmətlərimizin hamısı olduğu kimi qalır 

  • Əgər qalib olduqdan sonra bütün xərclərinizi 100% qarşılamağımızı istəyirsinizsə sığortalı paketimizi seçə bilərsiniz. 
  • Əgər qalib olduqdan sonra səfirliyə viza görüşünə hazırlıq, sənədləşmə işləri, ABŞ-da qarşılama, yerləşdirmə, iş tapma xidmətindən istifadə etmək istəsəniz onlar üçün əlavə ödəniş edə bilərsiniz. 

 Greencard müraciəti tamamilə pulsuzdur və şirkətimizdə də pulsuzdur. Bunun üçün heçkəsə ödəniş etməyinizə ehtiyac yoxdur. Şirkətimiz müraciət üçün ödəniş almır, yalnız göstərdiyimiz xidmətlər üçün ödəniş alır. 

 

Sual: Əgər bu formada xidmət göstərirsinizsə qazancınız nədir?

Şirkətimiz göstərdiyimiz xidmətlərdən qazanc əldə edir. Xidmətlər və rüsumlar burada https://greencard.az/services-and-prices

  • Hər il, qalib olduqdan sonra ABŞ-a yola düşmək üçün greencard qaliblərinin maddi imkanları olmur. Şirkətimizdə sığortalı müraciət seçdikdə şirkətimiz müştərilərin bütün xərclərini qarşılayır
  • Həmçinin qalib olmuş şəxslərin istər sənədləşmə işlərində, istərsə də ABŞ-da qarşılama və yerləşdirmə, iş tapma tipli məsələlərdə xidmətlərə ehtiyacı olur. Bu xidmətləri də şirkətimiz ödənişli şəkildə göstərir 

Xahiş edirik əgər şirkətimizin göstərdiyi xidmətlərdən istifadə etmək istəyirsinizsə, o halda şirkətimizə müraciət edin. Əlbəttə ki, müraciət etdikdən sonra xidmətlərimizdən istifadə etmək istəməsəniz ödəniş etmək məcburiyyətiniz olmayacaq, amma sizin üçün əmək sərf etdiyimizi də xahiş edirik nəzərə alın! 

Müraciət etmək üçün buraya daxil olun https://greencard.az/welcome

 

Yuxarıdakı qərar yalnız yeni müştərilərimizə aiddir. Yəni, 2021-ci il oktyabr ayında müraciətlərini ABŞ dövlətinə göndərəcəyimiz və növbəti illərdəki müştərilər.