Greencard cavabları
Hələki müraciətiniz olmayıbsa
Əgər greencard proqramına müraciətiniz olmayıbsa, bu proqram haqda məlumatı, suallarınıza cavabları bu linkdən əldə edə bilərsiniz https://greencard.az/faq
Greencard proqramına müraciətiniz var və may ayında cavabların açıqlanmasını gözləyirsiniz? Fərq etmir bizim şirkət vasitəsilə və ya özünüz müraciət etmisiniz.
Aşağıdakı məlumatları diqqətlə oxuyun.
Dəyişiklik
Geencard proqramının ümumi formatında dəyişiklik yoxdur və yaxın gələcəkdə gözlənilmir. Lakin, məlumat üçün bildirək ki, 2017-ci ildə qalib olmuş şəxslərin bəziləri qalib olsalar belə səfirliyə çağırılmamışdır. (keys nömrələri son növbələrdə olan şəxslər). Lakin, bu ilki qaliblərdə belə problem gözlənilmir.
Bu ilki, greencard nəticələri 7 may tarixində elan ediləcəkdir (bizim şirkətdən qalib olmuş şəxslərə may ayının ortasına kimi məlumat verəcəyik)
Bildirmək istərdik ki, şirkətimiz 2011-ci ildən fəaliyyət göstərir və hər il proqramda qalib olmuş yüzlərlə şəxsə xidmət göstərir. Viza görüşünə hazırlıq, ABŞ-da qarşılama, ev, iş tapmaq kimi xidmətlərimiz mövcuddur. Qalib olduqdan sonra müəyyən xərclər olacaqdır və təcrübəmizdən deyə bilərik ki, qalib olmuş şəxslərin 70 faizdən çoxu maddi çətinliyə düşür.
İstər təyyarə bileti (təxm 700 ABŞ dolları), viza rüsumu (adam başına 330 ABŞ dolları), tibbi yoxlamadan keçmək (təxminən adam başına 300 ABŞ dolları), ayaq basdı rüsumu (220 ABŞ dolları) istərsə də ABŞ-da ilk aylarınızda şəxsi xərclərinizi qarşılamaq üçün xərclər (bir neçə min dollar) qaçılmaz xərclərdir.
Bildirmək istərdik ki, bu çətinliyin həlli kimi, bütün azərbaycanlı Greencard müraciətçilərinə özəl xidmət paketimiz mövcuddur. Belə ki, şirkətimiz vasitəsilə özünüzü sığortalaya bilərsiniz və qalib olduqdan sonra sonra bütün sadalanan xərclərdən azad ola bilərsiniz. Bu sığorta, sizə tanış olan digər sığorta xidmətləri (maşın sığortası, tibbi sığorta vəs) kimi demək olar ki eyni funksiyanı daşıyır. Greencard cavabları açıqlanana kimi şirkətimizə az miqdarda ödəniş edirsiniz və qalib olduğunuz təqdirdə sizin xərclər şirkətimiz tərəfindən qarşılanır.
Belə ki, 27 aprelə kimi adam başına 60 manat ödəniş edirsiniz və qalib olduğunuz təqdirdə:
- öz təyyarə biletinizi;
- viza müsahibəsinə hazırlıq;
- sənədlərin düzgün toplanması;
- ABŞ-da sizi qarşılama;
- kirayə ev və iş tapma
xidmətlərini şirkətimizdən ödənişsiz əldə edirsiniz.
Nəzərə alın ki, qalib olduqdan sonra pulunuzla bərabər vaxtınıza da qənaət edirsiniz. Məsələn, bəzən olur ki, bir məlumatı dəqiqləşdirmək üçün günlərinizi sərf edirsiniz. Halbuki, bizim şirkətlə müqaviləniz olarsa, istənilən məlumatı dərhal əldə edirsiniz və proses ərzində bir çox şeyləri sizin əvəzinizə biz edirik. Edə biləcəyiniz səhvlərdən azad olursunuz.
Əgər bizim şirkətimizdə müraciətiniz yoxdursa, qalib olduğunuz təqdirdə qalib olma səhifənizi bizə göstərmək bəs edəcəkdir.
Addımlar
- Ödənişi online və ya ofisimizə gələrək edə bilərsiniz. Online müraciət etdikdə ödəniş qəbzi emailinizə gələcəkdir.
- Online ödəniş etmək üçün BURAYA DAXİL OLUN və 60 manat ödəyin.
- Əgər digər ailə üzvlərinizin də təyyarə biletini ödənişsiz əldə etmək istəyirsinizsə, onda hər bir ailə üzvü üçün 60 manat ödəyin (məs 3 nəfərsinizsə 180 azn daxil edin)
- Ofisimizdə ödəniş etmək istəyirsinizsə həftə içi hərgün saat 10:00-19:00 arası (şənbə günü 10:00-16:00) ofisimizə yaxınlaşa bilərsiniz. Ünvan: Caspian PLaza korpus 3 mərtəbə 15, Greencard Azərbaycan şirkəti
Qeyd: Ödənişlər 27 aprel tarixinə kimi qəbul ediləcəkdir, və istər bizim şirkətdən istərsə də özləri müraciət etmiş bütün şəxslərə şamil olunur.
Kanada
Bildiyiniz kimi, greencard proqramı lotoreya formasında keçirilir. Əgər işinizi şansa buraxmaq istəmirsinizsə, ABŞ-la bərabər Kanadaya köçmək barədə də düşünməyinizi tövsiyyə edirik. İstər müxtəlif köç proqramları, istər Kanadaya biznes viza və Kanadada öz kiçik biznesinizi qurmaq, istər Kanada şirkətlərindən rəsmi iş təkliflərini alaraq iş vizası (adətən ustalar üçün (tikinti, mebel, avtomobil ustaları), aşbaz, qəssab vəs tipli işlər), istər tələbə vizası, istər turist vizasıyla yola düşmək kimi yollar mövcuddur (ailəvi getmək mümkündür). Eyni zamanda Kanadada qarşılama və yerləşdirmə xidmətlərimiz də mövcuddur. Əgər Kanadada yaşamaq sizin də maraq dairənizdədirsə, əminik ki, sizin üçün 100 faiz nəticə ilə uyğun proqramı təklif edə biləcəyik. Müraciət etmək üçün xahiş edirik bu formanı doldurun. Ən yaxın zamanda sizinlə əlaqə saxlayacağıq. Formanı buradan doldurun