Greencard lotoreyası ləğv olunur?
Greencard lotoreyası ləğv olunur?
08.09.2017

Greencard lotoreyası ləğv olunur?

Hər il 50.000-dən çox əcnəbiyə ABŞ-da yaşamaq imkanı Greencard lotoreya proqramı ləğv oluna bilər. Bununla bağlı ABŞ prezidenti D.Trump ABŞ-dakı terrorla bağlı 1 Noyabr və 2 Avqustdakı açıqlamalarında deyib. ABŞ prezidenti qeyd edib ki, insanların təsadüfi formada seçildiyi Greencard lotoreyası artıq ABŞ-a lazım deyil.

Bəs bundan sonra nə olacaq? Greencard proqramı doğrudan da ləğv ediləcəkmi? ABŞ-a miqrasiya daha da çətinləşəcəkmi?

ABŞ-da baş verən terror hadisəsindən sonra Donald Trump Greencard-ın ləğvi məsələsini yenidən gündəmə gətirib və ləğvlə bağlı proseslərə təcili sürətdə başlanılacağını qeyd edib. Bununla belə ləğvlə bağlı hələ də hər hansı ciddi addım atılmayıb. Greencard lotoreyasının alternativi olaraq isə seçmləri daha çətin olan, maddi durum, təcrübənin nəzərə alındığı bir proqram təklif olunur.

Azərbaycandan ABŞ-a Greencard proqramı vasitəsilə illik 300-500 ətrafında Azərbaycanlı yollanır. Bildiyiniz kimi proqram lotoreya formasında keçirilir və orta hesabla müraciət edən hər 100 şəxsdən bir nəfər qalib gəlir. Məsələn, əgər hər il 300-500 nəfər Azərbaycanlı Greencard qalibi olursa, deməli müraciət edənlərin sayı təxminən 30.000-50.000 arası olur. Ümumiyyətlə, bu proqrama nə qədər çox adam müraciət edərsə, qazananların sayı da bir o qədər çox olar.

Əgər bu il Greencard proqramı üçün sonuncu ildirsə bundan fürsət kimi istifadə etmək də olar.

Ölkəmiz üzrə kvote illik 3500-dür, lakin müraciət sayının azlığına əsasən Greencard qazanan şəxs sayı 300-500 aralığındadır. Sonuncu ildə daha çox adam müraciət etməlidir ki, qalib gələnlərin sayı da çox olsun. Əgər bu il proqrama Azərbaycandan müraciət edənlərin sayı 10 dəfə artarsa növbəti il təxminən 3000 nəfər Greencard qazanmış şəxs görə bilərik. Bu rəqəm isə son 10 ildə Greencard qazanmış şəxslərin sayından belə çoxdur. Bu xəbəri paylaşmaqla, yaxınlarınıza da Amerikaya getmək üçün son fürsətdən istifadə etmələrinə kömək edə bilərsiniz. 

Necə müraciət etmək olar?

2017-ci il üçün 20 Noyabr tarixinədək lotoreyaya müraciət etməyiniz lazımdır. Müraciət etmək ödənişsizdir və bunun üçün aşağıdakı linkə daxil ola bilərsiniz. Sonrakı tarixlərdə qeydiyyatdan keçəcək şəxslərin nəticələri isə 2019-cu ilin May ayında açıqlanacaqdır.
https://greencard.az/welcome

Qeyd: Əgər Amerikaya köçmək üçün Greencard proqramı haqda heç bir məlumatınız yoxdursa, ətraflı məlumatı bu linkdən əldə edə bilərsiniz: https://greencard.az/faq