Greencard proqramı üçün şəkli necə çəkməli
Greencard proqramı üçün şəkli necə çəkməli
19.03.2021

Greencard proqramı üçün şəkli necə çəkməli

Greencard proqramı üçün şəkli necə çəkməli

Şəklinizi ev şəraitində öz telefonunuzla da çəkə bilərsiniz. Arxa fon ağ rəng olan bir divar qarşısında dayanın və təxminən 1 metr aralıdan şəklinizi çəksinlər. Şəkil çəkdirməzdən qabaq, xahiş olunur aşağıdakı qeydlərə, nümunələrə baxın 

Greencard müraciətiniz üçün daxil etdiyiniz şəkil soldakı fotodakı kimi bulanıq olmamalıdır.Ortadakı şəkildəki kimi hər hansı effektdən istifadə edərək şəklin original formasında dəyişiklik etmək olmaz.Şəkil çəkilərkən müraciətçinin üzü sağdakı fotoda olduğu kimi aydın seçilməlidir.

Qeyd olunan soldakı nümunədəki kimi şəkil çəkilərkən işıq əksi ilə parlaqlıq yaradaraq ümumi şəklə əlavə parlaqlıq verən eynək və ya digər əşyalar taxmamaq gərəklidir.Eləcə də ortadakı şəkildə olduğu kimi üzün bir hissəsinin şəkildə kölgəli görünməsinə yol vermək olmaz.Buna görə də şəkil çəkilərkən sağ şəkildə olduğu kimi işığın şəkildə əks olunma qaydalarına da riayət etmək gərəklidir.

Şəkil mütləq qaydada ağ və ya çox açıq rəngli fon qarşısında çəkilməlidir.Bu cür fon olmadığı halda müxtəlif proqramlar vasitəsilə ortadakı və sağdakı şəkillərdə olduğu kimi ağ fon əlavə olunması qəbul edilmir.

Müraciətçi çəkilən şəkildə ortadakı nümunədə olduğu kimi çox uzaqda dayanmamalıdır.Eynən sağdakı şəkildə yol verilən səhvdə olduğu kimi baş və çiyinlərin aydın görünmədiyi şəkillər də qəbul olunmur.

 

Arxa fon tam şəffaf olmalı,arxa fonda hər hansı cizgilər,kəsiklər,zolaqlar olmamalıdır.

Şəkil çəkilərkən ortadakı şəkildə olduğu kimi arxa fon qaranlıq olmamalı və sağdakı şəkildəki kimi əksiniz divarda görünməməlidir.Bunun üçün şəkil çəkilərkən divardan 1 addım qarşıda dayanmağınız tövsiyə olunur.

Şəkil çəkilərkən optik və ya gün eynəklərindən istifadə olunmamalıdır.

Müraciətçi qeyd olunan şəkildə tam olaraq mərkəzə baxmalıdır.

Balaca uşaqlar üçün şəkil çəkilərkən ağ örtüyün üzərində uzadaraq şəkli çəkə bilərsiniz.Ortadakı şəkildə olduğu kimi şəklin qucaqda çəkilməsi qəbul edilmir.Eləcə də sağdakı şəkildə olduğu kimi əmzik və digər əşyalarla birgə çəkilmiş şəkillər qəbul olunmur.Soldakı şəkildə olduğu kimi gözlər açıq,mərkəzə baxan qaydada və ağ örtük üzərində olmalıdır.