Greencard proqraminda dəyişiklik
Əvvəlki illərlə müqayisədə, bu ilki greencard proqramında qalib olmaq şansı nisbətən yüksək olacaqdır. Əvvəllər dünya üzrə greencard qalibi olmuş 50.000 nəfərə viza verilirdisə, bu ildən etibarən 55000 nəfərə veriləcəkdir.
Eyni zamanda, bu ildən başlayaraq, greencard proqramında iştirak üçün pasport məlumatları tələb olunur. Bəzi ölkələrdə pasport almaq çətin və uzun proses olduğuna görə, müraciət edənlərin sayında ciddi azalma gözlənilir. Bu isə müraciət edənlərin qalib olmaq şansını artıracaqdır.
Əgər greencard proqramına əvvəllər müraciət etməmisinizsə, bu linkdən ətraflı məlumat ala bilərsiniz və suallarınıza cavab tapa bilərsiniz https://greencard.az/faq
Əgər əvvəlki illərdə şirkətimizə greencard proqramına müraciət etmisinizsə və hələdə aşağıdakı məlumatları təqdim etməmisinizsə, xahiş edirik aşağıdakıları ən qısa zamanda təqdim edəsiniz
Qeyd: Aşağıdakıları 10 oktyabr 2019 tarixinə qədər təqdim etmədiyiniz halda şirkətimizdə olan greencard müraciətiniz ləğv olunacaqdır.
Əgər könüllü şəkildə şirkətimizdə olan müraciətinizi dayandırmaq istəyirsinizsə, heç bir şey etməyinizə ehtiyac yoxdur. Aşağıdakı məlumatları göndərmədiyiniz halda müraciətiniz avtomatik ləğv olunacaqdır.
1. Pasportunuzun şəkli (yalnız şəkliniz olan əsas səhifə). Evlisinizsə, həyat yoldaşınızın da pasportunun şəklini göndərin. Uşaqların pasport məlumatları tələb olunmur.
Əmin olun ki, pasportların müddəti bitməyibdir. Müddətin bitməsinə çox az vaxt qalsa belə qəbul olunur.
Əgər pasportunuz yoxdursa ASAN xidmətlərdə ən geci 10 gün içində ala bilərsiniz.
2. Şəkil (Şəkillər hər il yenilənməlidir. Evlisinizsə, həyat yoldaşınız və uşaqlarınızın da yeni şəkilləri tələb olunur)
Telefonla çəkilmiş şəkillər qəbul olunur. Arxa fon ağ rəngdə olmalıdır. Şəkli telefonla necə düzgün çəkmək olar? Bu videoda izləyə bilərsiniz https://www.youtube.com/watch?v=VPC_pygJYd0
3. Şəxsi məlumatlarınızda dəyişiklik varsa onları da bildirin.
3a. Əlaqə nömrələriniz, emailiniz - dəyişən nömrə və ya emailiniz varsa bildirin
3b. Ünvan - İndi yaşadığınız ölkə, ünvan dəyişibsə, yeni ünvanınızı yazın
3c. Təhsiliniz - (məs əvvəl oxuyurdunuz və bitirmisinizsə, və ya bakalavr idi indi magistrdırsa bizə bildirin)
3d. Ailə vəziyyətiniz (evlənmə boşanma vəs dəyişiklik varsa bizə bildirin. Evlənmisinizsə, həyat yoldaşınızın pasport, şəkil və şəxsi məlumatları tələb olunur)
3e. Uşaqlarınız (uşaqların sayında dəyişiklik varsa bizə bildirin)
Bütün məlumatları (pasportunuzun şəkli, şəkil (lər) və dəyişmiş məlumatlarınızı) greencard@greencard.az ünvanına göndərin
Xahiş olunur tələb olunan məlumatları ən qısa zamanda göndərəsiniz. Bütün məlumatları hazır edib göndərməyiniz cəmi 10 dəqiqə vaxtınızı alacaq.
Hörmətlə,