Greencard qazananlar - 2022
Greencard qazananlar - 2022
09.05.2022

Greencard qazananlar - 2022

2022-ci il üçün greencard proqramının nəticləri Bakı vaxtıyla 7 may, 2022-ci il saat 20:00-da elan edildi. Bütün azərbaycanlı greencard qaliblərini təbrik edirik və qalib olmayan şəxslərə də növbəti illərdə qalib olmağı arzu edirik!

8 maydan başlayaraq şirkətimizdə nəticələri yoxlamağa başlamışıq və 11 maya kimi şirkətimizə müraciət etmiş şəxslərin cavablarını yoxlayıb bitirməyi planlaşdırırıq. 9 maydan başlayaraq isə qalib olmuş şəxsləri növbə ilə ofisimizə dəvət etməyə başlamışıq. 

Həmçinin, hər il olduğu kimi şirkətimizdən müraciət etməyən və özləri qalib olan şəxslər növbəti addımlar üçün şirkətimizə müraciət edə bilərlər. (ətraflı aşağıda)

Şirkətimizə etibar edən bütün müştərilərimizə təşəkkürümüzü bildiririk və hər il xidmət səviyyəsini daha da artırmaq üçün əlimizdən gələni edirik. Qalib olmuş şəxslər artıq şirkətimizə müraciət edərək növbəti addımlara başlaya bilərlər. 

 Səfirliklər işləyirmi? 

Azərbaycanda yaşayan greencard qalibləri viza görüşünə Gürcüstandakı ABŞ səfirliyinə getməlidirlər. Ötən illərdə pandemiya səbəbindən səfirlik greencard qaliblərini qəbul edə bilməsə də, artıq görüşlər bərpa olunmuşdur. Bu ilki qaliblərin səfirlikdə görüşlərinin təyin olunmasında heç bir problem gözlənilmir. Bu ilin oktyabr ayının 1-dən başlayaraq növbəti ilin sentyabr ayının 30-una qədər qaliblər üçün səfirlikdə görüşlər təyin ediləcəkdir. Səfirlikdə görüş təyin olunması üçün DS-260 deyilən forma doldurulmalıdır. 

Diqqətli olun

Nəzərə alın ki, greencard qalibi olmaq səfirlikdə viza almaq demək deyil. Hər il qalib olanların demək olar ki 50 faizi viza ala bilirlər. Xüsusilə də pandemiya sonrakı aylarda (son aylarda) xeyli sayda azərbaycanlı greencard qaliblərinin vizadan imtina aldıqları müşahidə olunur. Ona görə də viza görüşünə düzgün hazırlaşmaq çox vacibdir. Şirkətimiz artıq 10 ildən çox vaxtda minlərlə azərbaycanlının viza almasına köməklik göstərmişdir və hər il (hətta hər ay) səfirlikdə olan dəyişiklikləri yaxından izləyirik. Əgər greencard müraciətinizi şirkətimizdə etməmisinizsə və qalib olmusunuzsa, bu il, növbəti addımlar üçün şirkətimizin konsultasiya, vizaya hazırlıq xidmətindən mütləq istifadə etməyinizi və qazandığınız bu fürsəti səfirlikdə imtina alıb itirməməyi tövsiyyə edirik. Vizadan imtina alan şəxslər həmçinin maddi itkilərlə də üzləşirlər (itirilən viza rüsumu, tibbi yoxlama rüsumları vəs)

Son aylarda viza imtinalarının çoxluğunu nəzərə alaraq, bu il xidmətlərimizə bəzi əlavələr etmişik ki, bütün müştərilərimizin vizadan imtina alma nisbəti sıfıra bərabər olsun. Belə ki, bu ilki qaliblərimizin işləri həm şirkətimiz həm də ABŞ-da imiqrasiya üzrə vəkillər tərəfindən yoxlanacaqdır və viza görüşünə tam arxayın girə biləcəklər. Həmçinin, əgər vizadan imtina alınarsa, səfirliyə ödənilən viza rüsumu və tibbi yoxlama rüsumlarını şirkətimizin büdcəsindən sizə geri qaytarırıq. Beləcə maddi itkilərdən də sığortlanmış olacaqsınız. 

Adətən greencard qalibləri üçün qalib olduqdan sonrakı mərhələlər yeniliklər olur. Hərkəsin istər növbəti addımlar, istərsə də ABŞ-dakı yeni həyatları ilə bağlı 100-lərlə sualları olur. Şirkətimiz üçün bunların hamısı gündəlik gördüyümüz işlərdir. Əmin ola bilərsiniz ki, bütün suallarınızın cavabını şirkətimizdə tapa biləcəksiniz və növbəti mərhələlərin hamısını ən düzgün formada həyata keçirəcəksiniz. Greencard proqramı ilə ABŞ-da yaşayan tanışlarınız ola bilər və onlardan da tövsiyyə almağınızda ziyan yoxdur. Amma nəzərə alın ki, hər kəsin təcrübəsi fərqlidir və digər şəxslər üçün həmişə keçərli olmur. Şirkətimizin üstün cəhəti odur ki, viza görüşlərində bu günə kimi minlərlə fərqli şəxslərə köməklik göstərmişik və hər kəsə daha düzgün tövsiyyələr verə bilirik. 

Rüsumlar 

Şirkətimizin rüsumları istər şirkətimizin müştəriləri, istərsə də özləri qalib olub növbəti mərhələlər üçün şirkətimizə müraciət edən şəxslər üçün eynidir. 

 800 dollar (1360 manat)   - Viza görüşünə hazırlıq və 100% zəmanətli konsultasiya

1600 dollar (2720 manat) - Viza görüşünə hazırlıq və ABŞ-da qarşılanma, yerləşdirilmə, işlə təmin olunma

Yuxarıdakı paketləri seçməyən şəxslər həmçinin standart konsultasiya xidmətindən istifadə edə bilərlər və bu paketin qiyməti subay şəxslər üçün 400 manat, evli şəxslər üçün 500 manat təşkil edir. 

Müraciət

Əgər bu il greencard qalibi olmusunuzsa növbəti mərhələlər üçün xidmətlərə müraciət etmək üçün ofisimizə yaxınlaşa bilərsiniz. Xahiş edirik, ofisimizə gəlməzdən qabaq zəng edib görüş təyin edəsiniz

Ünvan: Bəxtiyar Vahabzadə küçəsi 5, 4-cü mərtəbə.(Elmlər Akademiyası metrosu ilə üzbəüz)

Telefon: (055) 355-86-30

Bildiyiniz kimi, şirkətimizdə olan son dəyişikliyə əsasən bütün müraciətçilərə, ABŞ dövlətindən proqramda iştirakını təsdiqləyən kodları heç bir ödəniş olmadan təqdim edirik. 2021-ci ilin noyabr ayından başlayaraq, təsdiq kodlarını istəyən bütün müraciətçilərimizə kodlarını təqdim etmişik. Müştərilərimiz greencard@greencard.az ünvanına yazaraq ilin istənilən vaxtında öz kodlarını istəyə bilərlər. Əgər özünüz cavabları dövlət saytında yoxlaya bilmirsinizsə, narahat olmağınıza ehtiyac yoxdur. Biz hərkəsin cavablarını yoxlayırıq və qalib olan şəxslərlə əlaqə saxlayırıq.  

Əgər green card proqramına müraciət etməmisinizsə, növbəti ilin proqramı üçün buradan müraciət edə bilərsiniz https://cabinet.greencard.az/register.php

Greencard proqramı haqda suallarınıza cavab tapmaq üçün buraya daxil olun https://greencard.az/faq