Kanadada pulsuz təhsil
Kanadada pulsuz təhsil
15.06.2020

Kanadada pulsuz təhsil

İngilis ya da fransız dilini öyrən və Kanadada pulsuz təhsil al istənilən sahədə.

Əgər bu şərt (dil öyrənmək) sizi qane edirsə bu məqaləninin sizə faydası olacaq, əgər oxumaqla aranız yoxdursa davam etməyə bilərsiniz.  

Bu məqalə Kanadada yaşayan bir neçə azərbaycanlı tərəfindən yazılıbdır. 

Məqalə nisbətən uzundur, amma söhbət təhsildən oxumaqdan gedirsə, deməli oxumağı sevən adam olmalısınız ))) 

 

"İlk öncə Kanadaya niyə gəlməlisiniz? Bu sualdan başlayaq. Sizi əmin edim ki, bu gün Kanadaya ildə minlərlə azərbaycanlı gəlmirsə, bunun yeganə səbəbi sadəcə Kanada haqda məlumatsızlıqdır. Yoxsa sizi inandırım ki, tam başa düşsələr ki, Kanada necə bir yerdir, bir an belə fikirləşməzdilər. 
Psixoloji məqam da var ki, insanlar adətən qorxurlar, yəni həmişə yaşadığı yeri tərk etmək, başqa mühitə düşmək biraz qorxulu gəlir. Amma bu əsassız qorxudur. Şəhərdən kəndə gəlmirsən ki qorxasan, dünyanın 1 nömrəli inkişaf etmiş dövlətlərindən birinə gəlirsən. Kanada deyərdim ki, yer üzündə cənnət kimi yerdir. Gəlib sadəcə yaşamaq lazımdır. Azərbaycan kimi kiçik ölkələrlə müqayisə etsək, demək olar ki, ən azı 50 il gələcəyə köçmək kimi bir şeydir. Kim istəməz ki gələcəyə tez gəlsin? ))) Kanada haqda kifayət qədər məlumat var internetdə, bu barədə araşdıra bilərsiniz. 
 
Mövzu Kanadada pulsuz təhsildir. Bir xarici vətəndaşın Kanadada təhsil haqqı illik ortalama 10 min dollardan başlayır, təxminən 50 min dollara kimi davam edir. Azərbaycanda minlərlə şəxs Kanadada təhsil almaq istəyərdi, lakin məlumatsız olduqlarından bu fürsəti hər il qaçırdırlar. Kanadada xarici tələbə kimi universitetə/kollecə qəbul olub, təqaüdlü, pulsuz təhsil almaq demək olar ki, mümkün deyil. Lakin, əgər Kanadada oturumun varsa əvvəla təhsil haqqı demək olar ki yarı qiymətə olur, ikincisi də dövlət sənin təhsil haqqını özü ödəyir və eyni zamanda təhsil aldığın müddətdə də sənə lazım olan qədər xərcləməyə pul verir (düzdür verilən bu pulun təxminən 30 faizini gələcəkdə dövlətə qaytarmalısan, amma bu gözə görsənən rəqəm olmur)
 
Bir nümunə üzərində danışaq. Tutaq ki, azərbaycanlısan və gəldin çıxdın Kanadaya oturum aldın (oturum almaq barədə aşağıda məlumat veriləcək). İndi oxumaq istəyirsən.Təhsil almaq üçün kollecin illik təhsil haqqı tutaq ki 7000 dollardır (xarici tələbələr üçün belə aşağı qiymətə olmur) və sənə də ayda 1500 dollar xərcləməyə pul lazımdır. Dövlət sənə 25.000 dollar illik pul verir və bu məbləği təhsil haqqını və və xərclərini qarşılamaq üçün istifadə edirsən və bitirdikdən sonra bu məbləğin 30 faizini növbəti illərdə işləyəndə geri qaytarırsan. Əslində 2-3 ay uberdə taksi sürsən (ən asan tapılan işdir deyə bu nümunəni verirəm) elə dövlətdən aldığın məbləğin 30 faizini 1-2 ay içində geri qaytara bilərsən. Dövlətin nə marağı var? Kanada dövləti burada vətəndaşların təhsilli olmasına xüsusi fikir verir və başa düşür ki, sənə bir iki il təhsil almağa kömək etməklə sən ən azı 20-30 il işləyib dövlətə vergi verəcəksən, onsuz da dövlət kimi ziyanda olmur. 
 
Bəs oturumu necə almaq? Əslində çox rahat. Söhbət Kanadada oxumaqdan gedirsə və siz də gəlib Kanadada ingilis dilində oxumaq istəyirsinizsə, deməli hərşeydən qabaq dil öyrənməlisiniz. Dili bilməsəniz nə təhsil ala bilərsiniz nə də ki, qəbul ola bilərsiniz. Bəzi adamlar üçün tək ingilis dilini yaxşı öyrənmək, bəzi adamlar üçün tək fransız dilini, bəziləri üçün də həm ingilis həm də fransız dilini öyrənmək bəs edir oturum almaq üçün.
Əgər bu məqaləni oxumaq sizdə maraq doğurdusa, deməli xarici tələbə kimi gəlib böyük miqdarda məbləğ ödəyib təhsil almağa imkanınız yoxdur. Narahat olmağa ehtiyac yoxdur. Kanadaya gəldikdən sonra və burada təhsil aldıqdan sonra da əlbəttə ki yaxşı iş də tapacaqsınız, imkanınız da olacaq yüksək səviyyədə. Sadəcə olaraq, heç olmasa vaxt sərf edib dil öyrənməyə vaxt sərf etməlisiniz ki, həyatınız dəyişsin."
 
Bundan başqa Kanada dövləti təzəlikçə Azərbaycan vətəndaşları üçün (Kanada oturumu olmadan) təqaüd proqramı da təklif edir. Bu proqram haqda məlumat burada. Bu yolda əvvəlcə Kanada universitetlərindən qəbul almalısınız (biz kömək edirik Kanada universitetlərinə qəbul almağa). Ondan sonra universistetlər özləri sizin üçün bu təqaüd proqramına müraciət etməlidirlər. Bu yolla rəqabətin çox olacağı gözlənilir, lakin yoxlaya bilərsiniz. Və ildə neçə nəfərə təqaüd verilməsi barədə də məlumat yoxdur.
 
Yazıdan məlum olduğu kimi, Kanadada ödənişsiz təhsil üçün addımlar aşağıdakılardır:
 
1. Dil öyrənmək (vəya inkişaf etdirmək)
2. Oturum almaq
2. Gəlib oxumaq (dövlət pulunu qarşılayır)
 
Ən ucuz qiymətlə oturumu necə almaq olar? Əlbəttə ki, Kanadaya köçmək üçün 10-larla proqramlar mövcuddur. Lakin ən ucuz qiymətə olan yollardan və senarilərdən danışacayıq (əgər özünüz bacarırsınızsa, özünüz də pulsuz müraciət edə bilərsiniz dövlət saytından canada.ca Amma vəkillə işləmək daha məsləhətdir imiqrasiyanın uğurlu olmasında. Bizim şirkətin müştərilərinin işləri Kanadadakı vəkillər tərəfindən görülür)
 
Aşağıdakı variantlar üçün xidmət rüsumu 2-3 min dollar ətrafında dəyişir (ödənişləri prosesə başlamazdan qabaq yox, işiniz təsdiqləndikdən sonra da ödəmək mümkün olacaq tezliklə şirkətimizdə)
 
Təhsil üçün adətən 30-35 yaşa kimi şəxslər müraciət edir. 
 
1. Tutaq ki, yaşınız 34-dən aşağıdır və magistr təhsiliniz də var. Sizdən tələb olunan sadəcə ingilis dilini yüksək səviyyədə öyrənməkdir. Əgər bu kateqoriyaya aidsinizsə, bir neçə aya ingilis dilini öyrənib oturum ala bilərsiniz. 
 
2. Və ya yaşınız 34-dən aşağıdır və təhsiliniz bakalavrdır. Həm ingilis həm fransız dilini orta səviyyədə öyrənə bilsəniz oturum ala bilərsiniz. 
 
2. İstənilən yaşdasınız və heç bir dili bilmirsiniz. Tək fransız dilini öyrənmək bəs edə bilər, lakin xidmət rüsumu təxminən 7-8 min dollar ətrafı olacaq. 
 
Demək olar ki, hər bir kəs üçün müxtəlif tipli yollar mövcuddur, müraciət edən şəxsin göstəricilərindən və büdcəsindən asılı olaraq. Amma bu məqalədə daha çox təhsil almaq istəyənlərə məlumat verdik. Müraciət etmək üçün bu linkə daxil olun http://bit.ly/2P43FvH
 
Kanada maraqlıdırsa, yəqinki ABŞ da sizin üçün maraqlı ola bilər. Lotoreya formasında keçirilsə də hər il 100-lərlə azərbaycanlı greencard qalibi olub ABŞ-a köçür. Hər ehtimala greencard üçün də müraciətinizin olması tövsiyyə olunur. Buradan müraciət edin https://greencard.az/welcome 
 
ABŞ greencard-ı haqda məlumatınız yoxdursa, ətraflı məlumat   burada https://greencard.az/faq