Son Məlumatlar
Son Məlumatlar
13.12.2020

Son Məlumatlar

Hörmətli müştərilər, 
 
14 dekabr 2020 tarixindən etibarən ofisdən işləməyə icazə olmadığına, əməkdaşlarımız yalnız evdən işləyərək sizə xidmət göstərəcəklər. Bu vəziyyətin hansı tarixə kimi davam edəcəyi Azərbaycan dövlətinin qərarlarından asılı olacaqdır. Hər bir halda, dəyişiklik olan kimi saytımızda və facebook səhifəmizdə dərhal məlumat verəcəyik. 
 

Ofisimiz dəyişdi

Yeni ofisimiz Bəxtiyar Vahabzadə 5 ünvanında, 4-cü mərtəbədə yerləşir (Elmlər Akademiyası metro stansiyasının çıxışı, Bakı Dövlət Universitetinin əsas girişi ilə üzbəüz)

Eyni binada Barattson şirkəti və rəsmi IELTS test mərkəzi də yerləşir.

Yalnız karantin müddəti bitdikdən sonra, ofisimizdə müştərilərimizi qəbul edə biləcəyik.

Mövcud müştərilərimiz 

Greencard müştəriləri

İstər ötən ilki, istərsə də bu ilki qaliblər üçün vəziyyət olduğu kimi davam edir. Sizin kimi biz də səbrsizliklə yeni çıxacaq qərarları gözləyirik. Hal hazırda ABŞ səfirlikləri greencard proqramı çərçivəsində fəaliyyət göstərmirlər. Bir neçə ay öncə, ötən ilki qaliblərə vizaların verilməsi üçün bəzi səfirliklər işlədi, lakin Gürcüstan respublikası, azərbaycanlıların daxil olmalarına icazə vermədiyi üçün müştərilərimiz gedə bilmədilər. 

Ona görə də, senarilərdən biri də odur ki, əgər səfirliklər işləməyə başlayarlarsa, Gürcüstan əvəzinə Türkiyədəki ABŞ səfirliyinə getmək ehtimalı ola bilər. Çünki, Azərbaycan vətəndaşlarına, Türkiyəyə giriş etməyə icazə verilir. Hər bir halda, yarana biləcək bütün imkanlar barədə sizə məlumat verəcəyik. Hal hazırda, yalnız gözləmə mövqeyində qala bilirik. 

Ötən ilki qaliblər (DV2020): ABŞ dövlətinin son qərarından sonra hələki heç bir dəyişiklik yoxdur. Yəni vizaların verilməsi qərarı verilibdir, lakin hansı formada, necə və nə vaxt olacağı barədə yenilik mövcud deyil. 

Bu ilki qaliblər (DV2021): Hal hazırda təəssüfki, heç bir yeni məlumat yoxdur və ABŞ dövlətinin qərarlarını hərkəs gözləyir.

İstənilən yenilik olan kimi, saytımızda Xəbərlər bölməsində və facebook səhifəmizdə paylaşımlar edəcəyik. 

Kanada müştərilərimiz

Kanada dövlətində, proqramlar normal qaydada işləyir (müəyyən qədər gecikmələrlə). Suallarınız olarsa əməkdaşlarımızla əlaqə saxlaya bilərsiniz. Ofisdə sizinlə görüşə bilməsək də, telefon vasitəsilə bütün suallarınızı cavablayacağıq və lazım olduğu təqdirdə növbəti addımlar barədə məlumatlar verəcəyik. 

Bizdə olan məlumata əsasən, karantin rejimi ilə əlaqədar, hal hazırda IELTS imtahanını vermək də təxirə salınmışdır. Bununla bağlı İELTS test mərkəzləri ilə əlaqə saxlaya bilərsiniz, imtahana daxil olmaq istədikdə.