Xidmətlər və rüsum

Xidmətlər və rüsum

Greencard proqramı üçün aşağıdakı xidmətlərimizlə tanış ola bilərsiniz:
  1. İlk günlərdə Amerika ilə tanışlıq və qeydiyyata düşməniz üçün lazımi köməkliyin göstərilməsi
  2. Sənədlərinizin hazırlanması və səfirlikdə olan görüşünüzə hazırlıq
  3. Təyyarə biletinizin şirkətimiz tərəfindən təqdim olunması
  4. Amerikada qarşılama
  5. Amerikada kirayə evin tapılması
  6. İlk günlərdə Amerika ilə tanışlıq və qeydiyyata düşməniz üçün lazımi köməkliyin göstərilməsi
  7. Amerikada pulsuz ingilis dili kurslarına yazılma
  8. Amerikada iş tapılmasında köməkliyin göstərilməsi
  9. Bundan başqa, Greencard proqramının bütün mərhələlərində lazımi məsləhətləri vermək, Amerikada həyatınızı planlaşdırmaqda köməklik göstərmək

RÜSUMlar

Əgər proqrama sığortasız (ödənişsiz) müraciət edirsinizsə:

Müraciət edərkən heç bir məbləğ ödəmirsiniz. Lakin qalib olduqdan sonra yuxarıda göstərilmiş xidmətlərin hamısı üçün 2200 dollar ödəniş edəcəksiniz. Subay və ya evli olmağınızdan fərqli olmayaraq bu məbləğ eyni qalır. Lakin evlisinizsə bu məbləğə daxil olan təyyarə bileti yalnız bir ailə üzvü üçün təqdim olunacaqdır.

Əgər proqrama sığortalı (ödənişli) müraciət edirsinizsə (müraciət edərkən 50 azn ödəyirsiniz)

Qalib olduğunuz təqdirdə yuxarıda göstərilmiş xidmətlərin hamısını sizə pulsuz təqdim edirik. Ödədiyiniz 50 azn yalnız bir illik müraciətinizi sığortalayır. Müraciət etdiyiniz ildə qalib olmasanız və növbəti ildəki müraciətinizi də sığortalamaq istəyirsinizsə yenidən 50 azn ödəməlisiniz. Ödənişli müraciət etdikdə qalib olduqdan sonra ABŞ-a getmək şansınız çoxalır. Çünki qalib olduğunuz ərəfədə maddi vəziyyətiniz yaxşı olmasa belə şirkətimizdən təyyarə bileti və digər xidmətləri pulsuz alacaqsınız və maddi vəziyyət ABŞ-a getməyinizə mane olmayacaqdır

Qeyd: Xahiş olunur müraciət edərkən diqqətli olun. Yəni, büdcənizə uyğun müraciət edin. Greencard proqramında qalib olmaq şansdan (bəxtdən, qismətdən) asılı olsa da hər il 100-lərlə Azərbaycanlı qalib olur və bu say hər il artır.
Sizə kömək üçün izahat:

Müraciət edərkən 50 azn ödəyirsinizsə, qalib olduqda yuxarıdakı bütün xidmətləri sizə pulsuz təqdim edirik. Buradakı riskiniz, qalib olmadığınız halda 50 azn itirməkdir

Ödənişsiz müraciət edərkən isə əvvəlcədən heçbir ödəniş etmirsiniz, lakin qalib olduqdan sonra yuxarıda göstərilmiş xidmətlər üçün 2200 dollar ödəyirsiniz. Xahiş olunur, 1 il sonra qalib olsanız büdcənizin buna kifayət edib etməyəcəyini nəzərə alın

Əgər ödənişsiz müraciət etmisinizsə, sonradan müraciətinizi ödənişli müraciətə dəyişə bilərsiniz. Məsələn əgər 2018 May ayında cavabları gözləyirsinizsə, 2018 Mart ayına qədər ödəniş edib özünüzü sığortalaya bilərsiniz.

Ödənişli müraciətə keçmək üçün buraya tıklayın və ya şəxsiyyət vəsiqənizlə ofisimizə yaxınlaşın.

Şirkətimizin müştərilərimiz qarşısında öhdəlikləri
  • Şirkətimizə müraciət etmiş bütün müştərilərin şəxsi məlumatları şirkətimiz tərəfindən məxfi saxlanılır və heç bir 3-cü tərəflə paylaşılmır.
  • Bütün müştərilər şirkətimizə rəsmi email yazaraq (ad, soyad və doğum tarixi qeyd olunmaqla) müraciətlərinin ABŞ dövlətinə təqdim olunub olunmadığı və ya qalib olub olmadığı haqda məlumatı ilin istənilən vaxtı ala bilərlər.
  • Digər şəxsi məlumatları, məsələn şəxsi iştirak kodunu yalnız ödənişli müraciət etmiş müştərilərimiz ilin istənilən vaxtında şirkətimizdən tələb edə bilərlər. Ödənişsiz müraciət etmiş müştərilər qalib olduqları təqdirdə şirkətimizlə xidmət müqaviləsi bağladıqdan sonra ABŞ dövlətindən alınmış şəxsi məlumatlarını tələb edə bilərlər.
  • Ödənişsiz müraciət etmiş və Greencard qalibi olmamış şəxslər şəxsi məlumatlarını 15 May - 30 İyun tarixləri arasında şirkətimizə rəsmi email yazaraq (ad, soyad və doğum tarixi qeyd etməklə) tələb edə bilərlər.

Greencard Azerbaijan Xidmət şərtləri ilə bu linkdən maraqlana bilərsiniz.