Xidmətlər və rüsum

Xidmətlər və rüsum

Greencard proqramı üçün aşağıdakı xidmətlərimizlə tanış ola bilərsiniz:

  1. Sənədlərinizin hazırlanması və səfirlikdə olan görüşünüzə hazırlıq, tam konsultasiya
  2. Amerikada qarşılama
  3. Amerikada kirayə evin tapılması
  4. İlk günlərdə Amerika ilə tanışlıq və qeydiyyata düşməniz üçün lazımi köməkliyin göstərilməsi
  5. Amerikada iş tapılmasında köməkliyin göstərilməsi
  6. Bundan başqa, Greencard proqramının bütün mərhələlərində lazımi məsləhətləri vermək, Amerikada həyatınızı planlaşdırmaqda köməklik göstərmək

RÜSUMlar

Əgər proqrama sığortasız (ödənişsiz) müraciət edirsinizsə:

Müraciət edərkən heç bir məbləğ ödəmirsiniz. Lakin qalib olduqdan sonra yuxarıda göstərilmiş xidmətlərin hamısı üçün 1600 dollar ödəniş edəcəksiniz. Subay və ya evli olmağınızdan fərqli olmayaraq bu məbləğ eyni qalır. 

Əgər proqrama sığortalı (ödənişli) müraciət edirsinizsə (müraciət edərkən 60 azn və ya 110 azn ödəyirsiniz)

Qalib olduğunuz təqdirdə yuxarıda göstərilmiş xidmətlərin hamısını sizə pulsuz təqdim edirik. Ödədiyiniz məbləğ yalnız 1 illik müraciətinizi sığortalayır. Müraciət etdiyiniz ildə qalib olmasanız və növbəti ildəki müraciətinizi də sığortalamaq istəsəniz yenidən ödəniş etməlisiniz. Ödənişli müraciət etdikdə qalib olduqdan sonra ABŞ-a getmək şansınız çoxalır. Çünki qalib olduğunuz ərəfədə maddi vəziyyətiniz yaxşı olmasa belə şirkətimizdən təyyarə bileti və digər xidmətləri pulsuz alacaqsınız və maddi vəziyyət ABŞ-a getməyinizə mane olmayacaqdır. 60 azn ödədikdə yuxarıdakı xidmətləri və təyyarə biletini şirktimizdən ödənişsiz əldə edirsiniz. 110 azn ödədikdə yuxarıdakı xidmətlər ödənişsiz təqdim olunur, təyyarə bileti (1000-2000 azn), viza rüsumu (330 dollar), tibbi yoxlama rüsumu (500-700 azn), imiqrasiya rüsumları (220 dollar) üçün heç bir ödəniş etmirsiniz. Yəni, qalib olduqdan sonra bütün xərcləriniz 100% şirkətimiz tərəfindən qarşılanır. 

Evli şəxslər üçün qeyd: Əgər evlisinizsə, minimum həyat yoldaşınız və özünüzü sığortalamalısınız. İstəyinizə uyğun olaraq, əgər uşaqlarınız varsa onları da sığortalaya bilərsiniz. 

Sizə kömək üçün izahat:

Müraciət edərkən 60 azn ödəyirsinizsə, qalib olduqda yuxarıdakı bütün xidmətləri sizə pulsuz təqdim edirik. Buradakı riskiniz, qalib olmadığınız halda 60 azn itirməkdir. (qeyd: həmçinin şirkətimizin əməkdaşlıq etdiyi kurslarda dil öyrənmək və ya digər kurslara yazılsanız ödədiyiniz sığorta məbləğini kurslara ödəniş üçün saxlaya bilərsiniz. Məsələn əgər keçmək istədiyiniz təlimin aylıq qiyməti 70 manatdırsa və siz sığortalı müraciət üçün şirkətimizə 60 manat ödəmisinizsə, təlim üçün 70 manat əvəzinə 10 manat ödəyə bilərsiniz. Bu barədə ətraflı məlumat üçün ofisimizlə əlaqə saxlayın)

Ödənişsiz müraciət edərkən isə əvvəlcədən heçbir ödəniş etmirsiniz, lakin qalib olduqdan sonra yuxarıda göstərilmiş xidmətlər üçün 2200 dollar ödəyirsiniz. Xahiş olunur, qalib olsanız büdcənizin yuxarıdakı məbləğləri ödəməyə kifayət edib etməyəcəyini nəzərə alın.

Əgər ödənişsiz müraciət etmisinizsə, sonradan müraciətinizi ödənişli müraciətə dəyişə bilərsiniz. 

Müraciətiniz üçün ödəniş etmək üçün ya saytımızda öz hesabınıza daxil olun və ya nağd ödəmək üçün ofisimizə yaxınlaşın. 

Şirkətimizin  Xidmət şərtləri və məxfilik siyasəti ilə tanış olmaq üçün  BURAYA DAXİL OLUN