Avropada işlər

Məmnuniyyətlə 2017-ci ilin yanvar ayından başlayaraq Polşada iş və iş vizası xidmətini təqdim edirik. 

Polşaya göndərdiyimiz bəzi müştərilərimizin şəkillərini görə bilərsiniz. Nəzərə alın ki, yalnız özlərindən razılıq aldığımız müştərilərimizin məlumatları bu faylda göstərilibdir. Faylı BURADAN yükləyə bilərsiniz.


QEYD: Hal hazırda ət fabrikində təcili işçilər tələb olunur. Xidmət rüsumu cəmi 650 avro. ƏTRAFLI BURADA

Polşada hansı işləri təşkil edirik?

Pəncərə zavodu, Tikiş fabriki, Metal avadanlıqlarının istehsalı zavodu, Balıq emalı zavodu, ferma, qablaşdırmaların istehsalı üzrə zavod, lampa istehsalı zavodu, geyim fabriki, qida istehsalı zavodlarında fiziki işçilər və köməkçilər, tikinti sahəsində fəhlələr ustalar, oboy ustası, suvaqçı, dülgər, qaynaqçılar, aşbazlar

Qeyd: Ofis tipli və ya müştəri xidmətləri kimi işlər təşkil olunmur. Lakin nəzərə alın ki Polşada iş vizanız olduqdan sonra özünüzün istənilən işi tapıb işləmək icazəniz olacaqdır.

Maaşlar nə qədər olur?

Təxminən 1000-2000 azn arası   (500-1000  avro) 

Maaşlar saat hesabı hesablanır. Əksər işlərdə nə qədər çox saat işləyirsə işçi bir o qədər də çox maaş alır. Sadə işlərdə maaşlar adətən 500-600 avro olur və şirkətdə uzun müddət işlədikcə yüksəlir. Peşə sahibləri (məsələn ustalar) daha yüksək maaşdan başlaya bilirlər işlərə (məsələn 800 avrodan) və vaxt keçdikcə maaşlar qalxır. 

Yaşayış yeri necə olur və aylıq nə qədər xərcim çıxır?

Adətən zavodların yataqxanaları və ya normal kirayə evlərdə qalırlar. Yaşayış yeri şirkət tərəfindən verilir.  Aylıq yemək üçün təxmini xərclər 100-150 avro olur (bunu özünüz ödəyirsiniz)

Hansı viza olur? Vizanı uzatmaq, dəyişmək? Azərbaycana gedib gəlmək mümkündürmü?

1 illik iş vizası verilir. Polşada qalmaq qərarına gəlsəniz, sonra bunu 3 illik oturum kartına çevirmək olar. Bu viza ilə  Azərbaycana istədiyiniz qədər gəlib getmək mümkündür.

Avropanın digər ölkələrinə gedə bilərəmmi?

Bəli, digər ölkələrdə qanuni işləmək icazəniz olmasa da gəzmək üçün Avropanın istənilən ölkəsinə gedib gələ bilərsiniz.

Necə müraciət etmək və nə qədər vaxta düzəlir? Xidmət rüsumu nə qədərdir?

Müraciət etmək üçün xarici pasport və şəxsiyyət vəsiqəsi tələb olunur. Müraciət etdikdən 3-4 ay sonra viza alıb Polşada işləməyə yola düşə bilərsiniz.  Ümumi xidmət rüsumu  (2018 FEVRAL ENDİRİMİ: 15 fevrala kimi - 900 avro, 20 fevrala kimi - 1000 avro, 20 fevraldan sonra müraciət etsəniz 1100 avrodur xidmət rüsumu). Müraciət edərkən 400 avro ödəniş edilir. Polşadan iş dəvəti gəldikdən sonra yerdə qalan məbləğ ödənilir. Bu məbləğə işin Polşada təşkili, aeroportda qarşılanma və iş yerinə çatdırılma daxildir. 

Əlavə olaraq təyyərə biletini alırsınız. Təyyarə biletləri təxminən 100-150 avro olur. 

Qeyd: İş üçün xüsusi dil biliyi tələb olunmur. 

100 % viza alacağıma zəmanət verilirmi? Sizin şirkətinizə etibar edə bilərəmmi? 

Nəzərə alın ki, şirkətimiz Azərbaycanda Polşada iş xidmətini kütləvi şəkildə göstərən ilk şirkətdir və bu günə kimi Polşaya iş vizası ilə ən çox müştəri göndərən şirkətik. Vizaların 100%-lik alınması Polşadan iş dəvəti göndərən şirkətin keyfiyyətindən asılıdır. Bizim Polşadakı partnyor şirkətlərimizin iş dəvətlərinin qanuni olması və ümumiyyətlə prosesi tam qanuni formada aparmağımız bütün müştərilərimizin 100% viza almasına səbəb olur. Yeni yaranmış və Polşada iş xidməti göstərən xırda şirkətlərə və ya fərdlərə müraciət edərkən ehtiyyatlı olmağınızı tövsiyyə edirik. Çünki 1 dəfə vizadan imtina aldığınız təqdirdə sonradan viza almağınız demək olar ki, qeyri mümkündür. 

Müraciət etmək üçün xahiş olunur ofisimizə yaxınlaşın.
Ünvan: Caspian Plaza 3-cü korpus, 15-ci mərtəbə. Xahiş olunur, gəlməzdən öncə bizimlə əlaqə saxlayıb görüş vaxtı alasınız.
Görüş almaq üçün və ya təcili suallarınız olarsa bu nömrə ilə əlaqə saxlayın:
055 355 86 30