Bu online müqavilə Greencard Azerbaijan və müraciətçi arasında bağlanır. Greencard proqramına müraciət edərək qeyd edilən şərtləri və xidmətlərin Greencard Azerbaijan tərəfindən aparılmasını qəbul etmiş olursunuz. Zəhmət olmasa aşağıdakı şərtləri diqqətlə oxuyun.

  1. Greencard Azerbaijan şirkətinə müraciət etmiş bütün müştərilərin şəxsi məlumatları şirkətimiz tərəfindən məxfi saxlanılır və heç bir üçüncü tərəflə paylaşılmır.  Əgər belə bir məcburiyyət yaranarsa, bu, bir tərəfin digər tərəfdən alınmış yazılı razılığı əsasında həyata keçiriləcəkdir.
  2. Greencard proqramında iştirak edən bütün şəxslər bu müqavilənin bütün şərtlərini qəbul etmiş sayılırlar. Əgər bu müqavilədəki şərtləri qəbul etmirsinizsə şirkətimizə etdiyiniz müraciətinizi dayandıra bilərsiniz. (10-cu bəndə baxın)
  3. Siz Greencard.az-dan qeydiyyatdan keçdikdən sonra sizinlə əlaqə saxlayıb, məlumatlarınızı təkrar yoxlayırıq. Müraciətinizin təsdiqlənməsi üçün məlumatlarınız, şəkilinizdə olan qüsurların aradan qaldırılmasında köməklik edəcəksiniz. Müraciətiniz təsdiqləndikdən sonra sizin e-mail ünvanınıza iştirakınızı təsdiq edən təsdiq məktubu göndəriləcəkdir.
  4. Əgər daha öncə Greencard.az vasitəsilə lotoreyaya müraciət etmişdinizsə, təkrar müraciət etmənizə ehtiyac yoxdur. Siz qalib gələnədək müraciətinizi biz hər il yeniləyəcəyik. Xahiş olunur bu müqavilənin 12-ci bəndinə müraciət edəsiniz.
  5. Greencard Azerbaijan lotoreyada iştirak üçün sizə həm Sığortasız (Ödənişsiz), həm də Sığortalı (Ödənişli) müraciət formasını təklif edir. Hansı müraciət formasını seçəcəyini müraciətçi özü qərarlaşdırır. Ödənişli və ya ödənişsiz müraciət etmək qalib gəlmə şansına təsir etmir, lakin ödənişli müraciət etdikdə qalib gəldikdən sonra ABŞ-a getmək şansınız çoxalır. Yəni, qalib gəldikdən sonra heç bir xidmət rüsumu ödəmirsiniz və təyyarə biletini də şirkətimizdən pulsuz əldə edirsiniz. 
  6. Əgər proqrama sığortasız (ödənişsiz) müraciət edirsinizsə: Müraciət edərkən heç bir məbləğ ödəmirsiniz. Lakin qalib olduqdan sonra a) sənədlərin hazırlanması və səfirlikdə olan görüşünüzə hazırlıq, b) Bakıda İngilis dili danışıq kursu, c) Amerikaya bilet, d) Amerikada qarşılanma, e) Amerika ilə tanışlıq və qeydiyyata düşməniz üçün lazımi köməkliyin göstərilməsi, f) kirayə ev tapılmasında köməklik, g) iş tapılmasında konsultasiya, h) Amerikada həyatınızı planlaşdırmaqda köməklik, i) ABŞ-da dil kursu j) Greencard proqramının bütün mərhələlərində lazımi məsləhətləri vermək və s. üçün cəmdə 2200$ pul ödəyirsiniz. Ailəli olsanız belə bu məbləğ eyni qalır. Lakin bu məbləğə daxil olan təyyarə bileti yalnız bir ailə üzvü üçün təqdim olunacaqdır. Sığortasız müraciət edən şəxslər müraciət kodlarını nəticələr açıqlandıqdan 10 gün sonra şirkətimizlə əlaqə saxlayaraq mail vasitəsilə (qalib deyilsə) və ya müqavilə bağlayaraq (qalibdirsə) istəyə bilirlər.
  7. Əgər proqrama sığortalı (ödənişli) müraciət edirsinizsə müraciət edərkən 60 Azn ödəyirsiniz. Qalib olduğunuz təqdirdə yuxarıda göstərilmiş xidmətlərin hamısını sizə pulsuz təqdim edirik. Ödədiyiniz 60 Azn yalnız bir illik müraciətinizi sığortalayır. Müraciət etdiyiniz ildə qalib olmasanız və növbəti ildəki müraciətinizi də sığortalamaq istəsəniz yenidən 60 Azn ödəyirsiniz. Sığortalı müraciət edən şəxslər fərdi müraciət kodunu lotoreya müddətində də şirkətimizlə əlaqə saxlayaraq əldə edə bilərlər. Sığortalı müraciət edən şəxslər fərdi müraciət kodunu lotoreya müddətində də (ilin istənilən vaxtı) şirkətimizlə əlaqə saxlayaraq ([email protected] emailine yazmaqla) əldə edə bilərlər.
  8. Sığortalı qeydiyyatdan keçmək üçün ödənişi həm Greencard.az saytı üzərindən online qaydada, həm də şəxsiyyət vəsiqənizlə ofisimizə yaxınlaşaraq edə bilərsiniz. Xatırladaq ki, Sığortalı (ödənişli) müraciət üçün ödəniş 1 illik müddəti əhatə edir və qalib gəlmədikdə geri qaytarılmır. Bir sonrakı il yenidən ödəniş edərək müraciətinizi Sığortalı müraciətdə saxlaya bilərsiniz. Fors major hallarda (lotoreyanın ləğv olunması və s.) ödəniş geri qaytarılmır. 
  9. Qalib gəldikdən sonra ABŞ-a getməkdən imtina edə bilərsiniz. Bu halda heç bir cərimə məbləği ödəmirsiniz. Sığortasız müraciət etmisinizsə, qalib gəldikdən sonra ABŞ-a getmək üçün şirkətimizin xidmətlərindən istifadə etməkdən imtina etdiyiniz təqdirdə 800 ABŞ dolları ödəyəcəksiniz. Bu məbləğ qarşılığında isə istədiyiniz halda ABŞ-a yola düşənə qədər şirkətimizdən konsultasiya xidməti əldə edə bilərsiniz. Konsultasiya xidməti əsasən ABŞ dövlətinə və səfirliyinə müraciətinizin göndərilməsi, yazışmalarınızın aparılması, səfirlikdəki görüşə hazırlıq və səfirlikdə vizanızın alınmasına 100% zəmanət verilməsi daxildir. Əgər viza ala bilməsəniz ödədiyiniz 800$ tam şəkildə sizə geri qaytarılacaqdır. Müraciətçi xidmət haqqını tam və ya heç ödəmədiyi halda “Greencard Azərbaycan” MMC, müraciətçi üçün heç bir xidməti göstərməyəcəkdir və müraciətçi heç bir xidməti tələb etməyəcəkdir. Sığortalı müraciət edənlər qalib gəldikdən sonra şirkətimizin xidmətlərindən imtina edilməsi ilə bağlı heç bir cərimə məbləği ödəmirlər. Sizin müraciət etdiyiniz gündən qalib olana kimi, müraciətinizi izləmək, yeniləmək, idarə etmək üçün şirkətin müəyyən resursları xərclədiyini qəbul edirsiniz və bunun qarşılığında sığortasız (ödənişsiz) müraciət edib qalib olduğunuz təqdirdə, ən azı 800 dollar ödəmək (şirkətin konsultasiya xidmətindən istifadə etmək) öhdəliyini öz üzərinizə götürürsünüz. Bu məbləği ödəməkdən yayınmayacaqsınız, və ya bu məbləği ödəmədən ABŞ-a yola düşmək üçün, greencard proqramının qaliblərə adi olan növbəti addımlarına keçmək üçün heçbir cəhd etməyəcəksiniz. Belə cəhd olduğu halda, şirkətin istənilən hüquqi addım atmağına şərtsiz formada razılıq verirsiniz. 
  10. Lotoreyada iştirakınızı 1 İyun – 30 Sentyabr tarixlərində şirkətimizə mail yazaraq ləğv edə bilərsiniz. Ləğv etmək üçün ad, soyad, doğum tarixinizi (gün, ay, il) və qeydiyyatı silmək istədiyinizi [email protected] e-mail ünvanına göndərirsiniz. Əməkdaşlarımız sizə ən qısa müddətdə köməklik göstərəcəkdir. Oktyabr – May ayları arasında müraciətiniz lotoreyada iştirak etdiyi üçün müraciətinizi ləğv etmək mümkün olmayacaqdır. Lotoreyada iştirakınızı ləğv etmədiyiniz müddətdə, şəklinizi yeniləyib yeniləməmənizdən asılı olmayaraq, siz qalib gələnədək müraciətiniz hər il avtomatik yenilənəcəkdir. Bunun üçün tövsiyyə olunur ki, hər il şəklinizi və məlumatlarınızı yeniləməklə bağlı sorğunu yerinə yetirəsiniz.
  11. Müraciət etdikdən sonra ailə vəziyyətinizdə, təhsilinizdə, soyadınızda və ya övladlarınızın sayında hər hansı dəyişiklik varsa bunu öncədən şirkətimizə bildirmək lazımdır. Çünki, bu məlumatlardakı yanlışlıqlar sizin qalib gəldikdən sonra ABŞ-a gedə bilmənizə əngəl olacaqdır. Məlumatlarınızı yeniləmək üçün ad, soyad, doğum tarixinizi (gün, ay, il) və dəyişikliklə bağlı məlumatı [email protected] e-mail ünvanına göndərirsiniz. Müraciətlər ABŞ dövlətinə hər ilin Oktyabr ayında göndərilir. Buna görə də, həyatınızda yuxarıdakı dəyişikliklər baş verərsə Oktyabr ayına kimi və ya Oktyabr ayında məlumat verməyiniz lazımdır. Yeni məlumatlarınızı bizə təqdim etmədiyiniz təqdirdə qalib gəldiyiniz halda baş verə biləcək istənilən problemlərdə şirkətimiz heç bir məsuliyyət daşımayacaqdır və bu problemlərə görə şirkətimizə qarşı heç bir maddi və ya mənəvi iddia qaldırmayacaqsınız.
  12. Greencard lotoreyasına seçimlər ABŞ Dövlət Departamenti tərəfindən tamamilə təsadüfi formada aparılır və müraciət edən hər kəsin qalib gəlmək üçün bərabər şansı olur. Aparılan seçimlərdə müraciətçilərin təhsili, iş təcrübəsi və s. hər hansı rol oynamır və seçimlərə hər hansı yolla müdaxilə etmək mümkün deyildir. Müraciət edən təxminən hər 100 nəfərdən biri qalib olur
  13. Evlisinizsə, həyat yoldaşınızın və 21 yaşına kimi olan bütün subay uşaqlarınızın şəkillərini və məlumatlarını mütləq təqdim etməlisiniz.  Qalib gəldiyiniz halda sizinlə bərabər bütün ailə üzvləriniz də qalib gəlmiş sayılırlar və onlar da Greencard alırlar. Evli olub subay kimi müraciət etsəniz qalib olduqdan sonra Amerikaya gedə bilməyəcəksiniz. Evli olub subay kimi müraciət etsəniz (eyni zamanda evli, subay, boşanmış, dul olmağınızdan asılı olmayaraq uşaqlarınız varsa, onların məlumatlarını müraciət edərkən daxil etməsəniz) qalib olduqdan sonra Amerikaya gedə bilməyəcəksiniz.
  14. Greencard qalibi yalnız özü öz uduşundan istifadə edib ABŞ-a gedə bilər. Greencard qalibi qalib olduğu gündən etibarən 1 il içində evlənərsə, evləndiyi şəxs də Greencard qalibi sayılır. Greencard qalibinin valideynləri və bacı-qardaşları isə Greencard qalibi sayılmırlar. Amma, bir şəxsin qohum, yaxınlarının qalib gəlməsi həmin şəxsin də ABŞ-a gedə bilməsi üçün üstünlükdür. Bu şəxslər qalib olmuş şəxsin yanına başqa vizalarla gedib gələ bilərlər. Məsələn, turist, tələbə, iş vizası və s. 
  15. Sizin e-mailinizə Greencard qalibi olmaqla bağlı müxtəlif e-maillər gələ bilər. Bu tipli e-maillərdə Greencard qalibi olduğunuz, e-maillərin ABŞ dövlətindən gəldiyi bildirilir və prosesin tamamlanması üçün müəyyən məbləğdə online ödəniş etməyiniz tələb olunur. Bəzən bu tipli zənglər də olur və eyni şeyleri sizə zəng edərək deyirlər. Bu e-maillər saxtadır və ABŞ dövləti ilə hər hansı bir əlaqəsi yoxdur. Nəzərə alın ki, ABŞ dövləti qalib olmaqla bağlı heç bir e-mail göndərmir və ya zəng etmir. Qalib olduğunuz halda yalnız hər ilin May ayında qalib olmağınızla bağlı müraciət etdiyiniz şirkət (Greencard Azerbaijan şirkətinə müraciət etmisinizsə deməli bu şirkət) sizə zəng edə bilər. Digər hallarda isə məlumatlarınızı yeniləmək üçün şirkətimizdən sizə ildə təxminən 1-2 dəfə zəng gələ bilər.
  16. Lotoreyanın nəticələri hər ilin May ayında açıqlanır. Adətən May, İyun, İyul aylarında bütün qaliblərimizə formalar göndərilir və həmin formaları doldurduqdan sonra, o formalar şirkətimiz tərəfindən ABŞ dövlətinə təqdim olunur. Bunun əsasında qaliblər üçün Gürcüstandakı ABŞ səfirliyində viza görüşü təyin olunur. Viza görüşü adətən Oktyabr ayından başlayaraq növbəti ilin yay aylarına qədər davam edir. Bu müdətdə qaliblər ABŞ dövlətinin təyin etdiyi növbə ilə ABŞ səfirliyində görüşə dəvət olunurlar. Hər kəs öz görüş vaxtını təxminən 6 həftə öncə bilir. Bu vaxt ərzində qaliblərimizə sənədlərin siyahisı verilir və səfirliyə gedənə qədər həmin sənədlər hazırlanır. Səfirlikdə vizanı 1 günə verirlər və vizaların müddəti təxminən 6 ay olur. Yəni səfirlikdə viza aldığınız gündən 6 ay içində ABŞ-a daxil olmalısınız. ABŞ-a daxil olduqdan sonra təxminən 2-3 ay ərzində qaliblər öz Greencardlarını (şəxsiyyət vəsiqəsi kimi bir sənəd) alırlar. Greencard gələnə qədər işləməyə icazə verilir. Greencard aldıqdan sonra ABŞ-a getmək üçün viza tələb olunmur. Greencardınızı əldə etdikdən sonra 6 aydan bir ABŞ-a giriş-çıxış etmək şərtilə istənilən ölkədə yaşaya bilərsiniz.