Greencard Azərbaycan (greencard.az) şirkəti Azərbaycan Respublikasında qanuni qeydiyyatdan keçmiş bir şirkətdir. Şirkət, istər ABŞ, istərsə də digər dövlətlərlə həmçinin səfirliklərlə heç bir əməkdaşlıq etmir və özünü dövlət qurumu kimi təqdim etmir. Şirkət, heç bir müştəriyə xaricə köçməklə bağlı heç bir zəmanət vermir. Şirkət, Amerika dövləti tərəfindən ildə bir dəfə keçirilən lotoreya proqramı çərçivəsində istər müraciətləri düzgün formada ABŞ dövlətinə göndərməkdə, istərsə də qalib olmuş şəxslərə qalib olduqdan sonra proqram çərçivəsində konsultasiya və ABŞ-da yerləşmə xidmətləri göstərir. Şirkətə müraciət etmiş hərkəs aşağıdakı şərtlərlə razılaşır. 

Bu online müqavilə, Greencard Azerbaijan və müraciətçi arasında bağlanır. Greencard proqramına müraciət edərək qeyd edilən şərtləri və xidmətlərin Greencard Azerbaijan tərəfindən aparılmasını qəbul etmiş olursunuz. Zəhmət olmasa aşağıdakı şərtləri diqqətlə oxuyun. 

Şirkətimizə müraciət etmiş müştərilərin şəxsi məlumatları şirkətimiz tərəfindən məxfi saxlanılır və heç bir üçüncü tərəflə paylaşılmır (ABŞ dövlətinə müraciət xaric).  Əgər belə bir məcburiyyət yaranarsa, bu, bir tərəfin digər tərəfdən alınmış yazılı razılığı əsasında həyata keçiriləcəkdir.

Greencard proqramında iştirak edən bütün şəxslər bu müqavilənin bütün şərtlərini qəbul etmiş sayılırlar. Əgər bu müqavilədəki şərtləri qəbul etmirsinizsə şirkətimizə etdiyiniz müraciətinizi dayandıra bilərsiniz. (10-cu bəndə baxın)

Siz Greencard.az-dan qeydiyyatdan keçdikdən sonra, məlumatlarınızı təkrar yoxlayırıq. Müraciətinizin təsdiqlənməsi üçün məlumatlarınız, şəkilinizdə olan qüsurların aradan qaldırılmasında köməklik edəcəksiniz. Müraciətinizin hansı mərhələdə olduğunu hər zaman şəxsi hesabınıza girib yoxlaya bilərsiniz. 

Əgər daha öncə Greencard.az vasitəsilə lotoreyaya müraciət etmişdinizsə və saytımızda hesabınız (şəxsi kabinetiniz) varsa təkrar müraciət etmənizə ehtiyac yoxdur. Müraciət etdiyiniz ildə qalib gəlməsəniz, sistemimizdə növbəti il üçün müraciətiniz yaranacaqdır. Əgər növbəti illərdə iştirak etmək istəyirsinizsə, öz müraciətinizdəki dəyişən (əgər varsa) məlumatları və şəklinizi yeniləməlisiniz. Yeni şəkil yükləmədiyiniz halda müraciətiniz göndərilməyəcəkdir. 

Greencard Azerbaijan lotoreyada iştirak üçün sizə həm Ödənişsiz, həm də Ödənişli müraciət formasını təklif edir. Hansı müraciət formasını seçəcəyini müraciətçi özü qərarlaşdırır. Ödənişli və ödənişsiz müraciət etmək, qalib gəlmə şansına təsir etmir, lakin ödənişli müraciət etdikdə qalib gəldikdən sonra ABŞ-a getmək şansınız çoxalır. Yəni, qalib gəldikdən sonra heç bir xidmət rüsumu ödəmirsiniz və təyyarə biletini və digər xidmətləri şirkətimizdən pulsuz əldə edirsiniz. 

Əgər proqrama ödənişsiz müraciət edirsinizsə: Müraciət edərkən heç bir məbləğ ödəmirsiniz. Lakin qalib olduqdan sonra a) sənədlərin hazırlanması və səfirlikdə olan görüşünüzə hazırlıq b) Amerikada qarşılanma, c) Amerika ilə tanışlıq və qeydiyyata düşməniz üçün lazımi köməkliyin göstərilməsi, d) kirayə ev tapılmasında köməklik, e) iş tapılmasında köməklik (xidmət sahəsində)  f) Amerikada həyatınızı planlaşdırmaqda köməklik h) Greencard proqramının bütün mərhələlərində lazımi məsləhətlərdən istifadə etmək istəyirsinizsə bunun  üçün toplam 2720 manat ödəyirsiniz. Ailəli olsanız belə bu məbləğ eyni qalır. 

Əgər proqrama ödənişli müraciət edirsinizsə müraciət edərkən 60 Azn ödəyirsiniz. Qalib olduğunuz təqdirdə yuxarıda göstərilmiş xidmətlərin hamısını sizə pulsuz təqdim edirik.  Əlavə olaraq ABŞ-a yola düşmək üçün təyyarə biletinizi də şirkətimizdən ödənişsiz əldə edirsiniz. 110 manatlıq ödəniş rüsumu seçdikdə, təyyarə biletini ödənişsiz almaqdan əlavə, viza rüsumu, imiqrasiya rüsumu, tibbi yoxlama rüsumundan da azad olunursunuz. 

Qalib gəldikdən sonra ABŞ-a getməkdən imtina edə bilərsiniz. Bu halda heç bir cərimə məbləği ödəmirsiniz. Ödənişsiz müraciət etmisinizsə, qalib gəldikdən sonra ya 1360 manat (konsultasiya xidməti), ya da 2720 manat (konsultasiya və ABŞ-da yerləşmə xidmətləri) dəyəri olan xidmətlərimizdən birini seçib müqavilə imzalaya bilərsiniz. Müraciətçi xidmət haqqını tam və ya heç ödəmədiyi halda müraciətçi üçün heç bir xidmət göstərilməyəcəkdir. Şirkətimizin ödəniş etməmiş müştərilər qarşısında heç bir öhdəliyi yoxdur. Şirkətimiz, Ödənişli müraciət edənlər qalib gəldikdən sonra şirkətimizin xidmətlərindən imtina edilməsi ilə bağlı heç bir cərimə məbləği ödəmirlər. Ödəmə qabiliyyətiniz olmadığı halda şirkətimiz qarşısında heç bir məsuliyyət daşımırsınız.

Şirkətimizdə olan greencard müraciətinizi ləğv etmək üçün, öz hesabınıza daxil olub müraciətinizi silə bilərsiniz (əgər müraciətinizin statusu Hazır statusunda deyilsə). Əgər müraciətiniz Hazır statusundadırsa və ABŞ dövlət proqramına daxil edilməyibsə,  şirkətimizə e-mail yazaraq ləğv edə bilərsiniz. Ləğv etmək üçün ad, soyad, doğum tarixinizi (gün, ay, il) və qeydiyyatı silmək istədiyinizi greencard@greencard.az e-mail ünvanına göndərirsiniz. Əməkdaşlarımız sizə ən qısa müddətdə köməklik göstərəcəkdir. Oktyabr – May ayları arasında müraciətiniz lotoreyada iştirak etdiyi üçün müraciətinizi ləğv etmək mümkün olmayacaqdır. Qalib olmadığınız təqdirdə, növbəti ilin proqramında iştirak etmək üçün yeni şəklinizi şirkətimizə təqdim etməlisiniz. Təqdim etmədiyiniz halda həmin il üçün müraciətinizi göndərməyəcəyik (bu isə avtomatik müraciətinizin ləğv olunması deməkdir)

Müraciət etdikdən sonra ailə vəziyyətinizdə, təhsilinizdə, soyadınızda və ya övladlarınızın sayında hər hansı dəyişiklik varsa bunu öncədən şirkətimizə bildirmək lazımdır. Çünki, bu məlumatlardakı yanlışlıqlar sizin qalib gəldikdən sonra ABŞ-a gedə bilmənizə əngəl olacaqdır. Məlumatlarınızı saytımızda öz şəxsi kabinetinizə girib və ya şəxsi kabinetinizdə təlimatlar bölməsindəki məlumatlara əsasən dəyişə bilərsiniz.  Müraciətlər ABŞ dövlətinə hər ilin Oktyabr ayında göndərilir. Buna görə də, həyatınızda yuxarıdakı dəyişikliklər baş verərsə Oktyabr ayına kimi və ya Oktyabr ayında məlumat verməyiniz lazımdır. Yeni məlumatlarınızı bizə təqdim etmədiyiniz təqdirdə qalib gəldiyiniz halda baş verə biləcək istənilən problemlərdə şirkətimiz heç bir məsuliyyət daşımayacaqdır və bu problemlərə görə şirkətimizə qarşı heç bir maddi və ya mənəvi iddia qaldırmayacaqsınız.

Greencard lotoreyasına seçimlər ABŞ Dövlət Departamenti tərəfindən tamamilə təsadüfi formada aparılır və müraciət edən hər kəsin qalib gəlmək üçün bərabər şansı olur. Aparılan seçimlərdə müraciətçilərin təhsili, iş təcrübəsi və s. hər hansı rol oynamır və seçimlərə hər hansı yolla müdaxilə etmək mümkün deyildir. 

Evlisinizsə, həyat yoldaşınızın və 21 yaşına kimi olan bütün subay uşaqlarınızın şəkillərini və məlumatlarını mütləq təqdim etməlisiniz.  Qalib gəldiyiniz halda sizinlə bərabər bütün ailə üzvləriniz də qalib gəlmiş sayılırlar və onlar da Greencard alırlar. Evli olub subay kimi müraciət etsəniz qalib olduqdan sonra Amerikaya gedə bilməyəcəksiniz. Evli olub subay kimi müraciət etsəniz qalib olduqdan sonra Amerikaya gedə bilməyəcəksiniz. Sizinlə yaşayıb yaşamağından asılı olmayaraq, indiki və ya keçmiş evliliklərinizdən və ya subay statusunuzda övladlarınız dünyaya gəlibsə, bütün 21 yaşa kimi övladlarınızın məlumat və şəkillərini daxil etməlisiniz. 

Müraciətləri hər ilin oktyabr ayının əvvəlindən noyabr ayının əvvəlinə kimi ABŞ dövlətinə daxil edirik. Şəxsi hesabınızda, müraciətiniz ABŞ dövlətinə göndərildikdən sonra bildiriş alacaqsınız. Nəticələri isə növbəti ilin may ayında yoxlayırıq. Bu ərəfələrdə də qalib olub olmadığınızı şəxsi hesabınızda görə biləcəksiniz.